Ərzaq infliyasiyası 6 dəfə yüksəlib -EKSPERT ŞƏRH EDİR

Məlum olduğu kimi, Dövlət Statistika Kkomitəsi ilin ilk ayının iqtisadi göstəricilərini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin açıqlamanı tanınmış iqtisadçı Rövşən Ağayev şərh edib. Əsasən də infliyasiya hissəsini.

İqtisadçı ekspert deyir ki, yeni il 2019-cu illə müqayisədə daha yüksək inflyasiya tempilə start götürüb. Onun sözlərinə görə, əvvəlki ilin yanvarına nisbətən 2019-cu ildə 1.7%, 2020-ci ildə isə 2.7% inflyasiya qeydə alınıb. “Bu il ərzaq inflyasiyası daha yüksəlkdir – 2019-cu ilin yanvarına nisbətən 4.6%. Halbuki ötən il bu göstərici 0.7% olmuşdu. Büdcə kanalları ilə monetar təzyiqin güclənməsi adətən fislkal genişlənməyə strat veriləndən 6-8 ay sonra özünü göstərməyə başlayır. Büdcə vasitəsilə sosial xərcləmələrin artımı 2019-cü ilin aprelindən başlamışdı”.

O deyir ki, devalvasiyadan sonrakı 4 ildə investisiya qoyuluşları kəskin azalıb. “Ona görə də, iqtisadiyyat 2 il eniş, son 2 ili isə durğunluq yaşadı. 2020-nin ilk ayından kapital qoyuluşlarında yüksək artım qeydə alınıb. Xüsusilə də büdcə investisiyaları kəskin artıb. İqtisadi artımda bu amilin xüsusi rolu var”.

Rövşən Ağayev qeyd edir ki, iqtisadiyyatın durumunu qiymətləndirmək üçün həmişə ev təsərrüfatlarına baxır. “Əsas barometr budur. Statistika göstərir ki, əhalinin nominal gəlirlərinin artım tempi 2019-cu lin yanvarı ayı ilə təxminən eyni səviyyədədi – halbuki bu qədər maaş artımları barədə qərarlar oldu. Əlavə olaraq, əhalinin banklardakı yığımlarının artım tempi 3 dəfə zəifləyib. Nəhayət, ərzaq inflyasiyası ötən ilin eyni dövrünə nisbətən az qala 6 dəfə yüksəkdir”.

Alət çubuğuna keç