Ekologiya Nazirliyi Lerik meşələrini məhv edir – FOTO

“Ekologiya və ”.və Təbii Sərvətlər nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rəfayıl Tahirovla Lənkəran Regional Meşə İdarəsirinin rəisi Şahin Cəfərov “əl-ələ” verib cənub meşələrini məhv edirlər”.
Bu sözləri AzToday.az-aTəbii Sərvətlər nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rəfayıl Tahirovla Lənkəran Regional Meşə İdarəsirinin rəisi Şahin Cəfərov “əl-ələ” verib cənub meşələrini məhv edirlər Lerik rayonu Piran kand sakini Əskərov Mirsadiq Rakif oglu bildirib.
Mirsadiq Əskərovun sözlərinə görə qanunsuz fəaliyyətlə, daha doğrusu “yaşıl soyqırım”la məşğul olan hər iki müəssisə rəhbərinin arxasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin yüksək vəzifəli şəxsləri dayanır: “Lerik meşələrinin vəhşicəsinə qırıb talan edilməsi barədə aidiyyatı qurumlara, Ekologiya nazirliyinə müntəzəm olaraq yazıb şikayət etsək də, onlar barəsində heç bir tədbir görülmür. Əksinə, meşələrdə qırılıb-daşınan ərazi günü-gündən daha da genişlənir. Şahin Cəfərovla Rəfayıl Tahirov onların arxalarında nazirlikdə dayanan böyük vəzifəli şəxslərin olduğunu deyirlər. Meşə təsərrüfatının əməkdaşları da hamıya deyir ki, onların rəisi hər ay nazirliyə “haqq” verir”.
Mirsadiq Əskərov qeyd edir ki, qanunsuz fəaliyyətlə məşğul olan müəssisə rəhbərlərinin cəzalanmaması meşə təsərrüfatının işçilərinin bu sözünün həqiqət olduğunu göstərir: “İdarə işçilərinin bu sözləri həqiqətdi. Mən Lerik rayonunun Piran kəndində yaşayıram. Lənkəran-Lerik magistralı mənim yaşadığım kənddən keçir.
Hər gecə ən azından 40-50 kub metr işlik materiallar yük maşınları ilə Lənkəran-Masallı istiqamətinə daşınır. 15 fevral 2019-cü il tarixində Lerikin Vizəzəmin meşəsinin 13-cü meşə dolayını gəzmişəm. 50 ədəd işlik agacların qanunsuz kəsib, emal etdirib meşədən aparıblar. Kötüklərin bir qismini yandırıblar ki, guya bunlar köhnədir. Amma izləri tamamilə itirə bilməyiblər. Bir neçə yerdə material hazırladığı aydın görünür. Əlbəttə ki, bir ay ərzində daşınan bu qədər materialın pulu yüz minlərlə manat edir və bunu müəssisə rəhbərləri təkbaşına yeyə bilməz. Yox, əgər nazirliyin bu dövləti cinayətdən – talandan xəbəri yoxdursa, o zaman niyə susur? Niyə hüquqi adımlar atmırlar?
Alət çubuğuna keç