Min sifətli insanlar anlamırlar ki, artıq zaman köhnə zaman deyil!

Baş vermiş son hadisələri ürək ağrısı ilə izləyərkən əmin oldum ki, əqidəsi olan insanların nəyi isə asanlıqla qazanmasına və düzgün yolda getmələrinə imkan verilmir!
Yəni əqidəsi olanlara, əqidəsi sadəcə pul olan satılmışlar hər cür iyrənc yollara əl atmak  bahasına belə olsa əngəl olmaqdan çəkinmirlər!
Ama o min sifətli insanlar anlamırlar ki, artıq zaman köhnə zaman deyil!
Ölkəmiz sürətlə Ümummilli liderimiz Heydər Əliyev cənablarının laiqli davamçısı olan İlham Əliyev və Mehriban xanım Əliyevanın uğurlu siyasətləri nəticəsində dəyişir, inkişaf edir!
Nələri isə yalan və saxtakarlıqla əldə etməyin zamanı keçdi!
Özlərini 3-5 qəpiyə satanlar anlamalıdırlar ki, bir uşaq bir oyuncaq ilə çox oynamadığı kimi əllərində oyuncağa çevrildikləri insanlar da onlarla çox oynamayacaqdır!
Qısa zamanda bir küncə atacaklar!
Baş vermiş proseslərdən hamılıqla sarsılsaq da əsla o quldur dəstələrinin inamımızı qırmalarına icazə verməməlisiniz!
Özünüzə vəkil bildiyiniz, inanaraq səs verdiyiniz, güvəndiyiniz namizətlərin yanında sonuna qədər durmalısınız!
Bu günə qədər yəni təbliğat dövründə  necə dəstək olmusuzsa, bu gündən sonra da o cür dəstək olmalısınız!
Hansısa mənliyini 3-5 qəpiyə  satmış quldur dəstələrinin haqqınızı qəsb etməsinə icazə verməyin!
Bəzi dostlardan seçkilər boş şey idi, bizim səsimizin əhəmiyyəti və önəmi  yox idi, yerlər pulla satılmışdı sözlərini duymaq məni bir ayrı cür incidip yaralasa da bildirmək isdəyirəm ki, tamamilə yanılırsınız!
Siz sonuna qədər haqqınızı tələb edin!
Unutmayın ki, haqq verilmir alınır!
Seçkilər prosesində məntəqələrdə videofaktlarla sübut edilmiş xuliqanlıq, saxtakarlık edərək səslərinizi oğurlayanlara haklarınızı sonuna qədər tələb edərək rahatlık verməyin!
Kimsəyə sizin əməklərinizin nəticəsini  oğurlama  imkanını verməyin!
Ölkəmizdə bu günə qədər belə biabırçı, utancverici seçki olmamışdı. Ölkemizin bütün təbəqələri – uşaqlardan tutmuş, ağsaqqalara qədər, bütün iş adamları, sıravi vətəndaşlar, bir sözlə, hamı sarsılıb!
Hər kəstən tək tək xahiş edirəm: bir neçə xuliqana görə dövlətimizə, onun rəhbərinə inamınızı itirməyin. Bu gün Prezidentimizin xalqın yəni sizlərin dəstəyinə daha çox ehtiyacı var!
Gördüyünüz bütün bu iyrənc mənzərələrdən, inanın ki, Prezidentin xəbəri yoxdur!  Əmin olun ki, ama yaxın zamanda xəbəri olacaq, mütləq!
Bunun üçün mən də əlimdən gələn hər şeyi sonuna qədər edəcəm!
Tam əminliklə və inanaraq bütün səmimiyətim ilə deyirəm ki, bu mütəşəkkil cinayətkar qruppasının mütəşəkkil cinayəti barədə aidiyyatı qurumlar ölkə başçısına obyektiv məlumatları ən qısa zamanda verəcək, əhalinin oğurlanan, heçə sayılan səsləri öz hüquqi dəyərini qazanacaqdır.
Bunun üçün mən də  Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən və yaşadan bir gənc kimi sizi əmin edirəm ki, doğru, düzgün və real mənzərəni əlimdəki bütün vasitələr ilə ölkə başçısına çatdırılması üçün hər şeyi edəcəm!, inanıram ki, İlham Əliyev tərəfindən tapdanılmış haqlarınız ən yaxın zamanda tam bərpa olunacaqdır!
Bu dəfə baş verənləri gizlətmək mümkün olmayacaqdır. Heç kimə xeyiri, faydası olmayan  3-5 qəpiyə satılmış bir neçə insana görə inanıram ki, Prezidentimiz dövlətimize, onun qüdrətinə və ədalətinə  inanmış  insanlarının inamını öldürməyəcək və onları qurban verməyəcəkdir!
Gücüm yetdiyi yərə qədər sizinlə olaraq sizlərin haqq səsinizin ölkə başcısına yetişməsi üçün çalışacağam!
İnanıram ki, çox qısa zamanda ölkə başçısı İlham Əliyev tərəfindən xalqımın səbirsizliklə gözlədiyi qərar veriləcək və bu saxtakarlıqlarda iştirak edənlər öz laiq olduqları cəzaları alacaqlar!
Samir İsgenderoğlu

Alət çubuğuna keç