İranda güclü yanğın

İranın şimalında yerləşən Gilan vilayətinin Talış rayonunda güclü yanğın baş verib.

Dunyaxeber.com Trend-ə istinadən bildirir ki, bunu İranın Talış rayonu Təbii Ehtiyyatlar İdarəsinin direktoru Cabir Hüseyni bildirib.

C.Hüseynin sözlərinə görə yanğın güclü külək nəticəsində böyük bir ərazini əhatəsinə alıb. Yanğının meşə zolağında baş verdiyi bildirilir.

İnsan tələfatı haqqında məlumat verilmir.

Alət çubuğuna keç