Dünyanın ən varlı adamını məhkəməyə verdilər

Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin qurucusu Ceff Bezos sevgilisinin qardaşı Maykl Sançes tərəfindən böhtan xarakterli məlumatlar yayımladığı üçün məhkəməyə verilib.

Dunyaxeber.com Oxu.Az-a istinadla xəbər verir ki, milyarderin onun intim fotolarını “National Enquirer” tabloidinə Mayklın satdığını iddia edib.

Bezosun bu iddialarından özünü təhqir olunmuş hiss edən Sançes isə məhkəməyə müraciət edib.

Sançes intim fotoları heç zaman görmədiyi və onları nəşrə vermədiyi söyləyib.

Bundan öncə “The Wall Street” nəşrinin yazdığı xəbərə görə, 2018-ci ildə Bezos həyat yoldaşı, teleaparıcı Lauren Sançez ilə çəkdirdiyi intim fotoşəkillərini Mayklın 200 min dollara satdığını iddia etmişdi. Maykl isə öz növbəsində həqiqətən də “Enquirer” nəşri ilə işlədiyini etiraf edib.

O, bu addımını bacısına edilən böhtanların qarşısını almaq məqsədi ilə əlaqələndirib.

Alət çubuğuna keç