Qüdsdə İsrail hərbçiləri yenə dinc əhalini atəşə tutdu – 19 fələstinli yaralanıb

İşğalçı İsrail hərbçiləri Qüdsdə yenə qan töküblər. Qüds yaxınlığında dinc əhaliyə hücum edərək, 19 fələstinlini yaralayıblar. Bunu RİA “Novosti”yə Qızıl Ayparanın nümayəndəsi Ərab əl-Fukaha deyib. O, qeyd edib ki, İsrail hərbçilərin dinc fələstinliləri atəşə tutması Beyt Hanin rayonunda qeydə alınıb.

Fələstinlilər hər cümə günü Qəzza zolağında dinc etiraz aksiyaları keçirirlər. Etirazlar hər dəfə İsrail qoşunları silahlı müdaxiləsi ilə müşayiət olunur. 

30 Mart 2018-ci ildən bu yana hər cümə günü qeyd olunan yürüşlər zamanı İşğalçı İsrail hərbçiləri tərəfindən 315 fələstinli müsəlman qətlə yetrilib.

Alət çubuğuna keç