Namizədliyini irəli sürmək istəyənlər niyə narahat olurlar?

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Yeni Azərbaycan Partiyasının namizədlər siyahısını nisbətən gec açıqlaması zənnimcə, adi seçki texnologiyasıdır. Odur ki, birilərinin bunu müzakirə predmetinə çevirməsi və namizədlərin kimliyi ətrafında süni ajiotaj yaratması absurd təsiri bağışlayır.

Namizədliyini irəli sürənlər və ya sürmək istəyənlər niyə bu qədər həyəcanlanır, narahat olurlar? Əgər sizlər özünüzü həqiqətən də güclü rəqib hesab edir və seçicidən səs alacağınıza da gerçəkdən inanırsınızsa, o zaman sizinçün fərqi nədir ki, namizədliyinizi irəli sürdüyünüz dairədə YAP kimi sizə qarşı alternativ kimi, real güc kimi çıxarır? Siz YAP-ın siyahısında yer alan şəxsləri gündəmə gətirməkdənsə, qolunuzu çirmələyib kampaniyanızı aparın, iiddia və imkanlarınızı ortaya qoyun, elektoratın dəstəyini qazanın. YAP-ın siyahısını müzakirə etmək öz gücünə şübhə ilə yanaşanların və yaxud da ki, gücsüzlüyünü etiraf etməyi bacarmayanların işidir.

Seçki kampaniyasını doğru-düzgün, peşəkar şəkildə qurmağı bacaran namizədlər isə YAP-ın siyahını gec açıqlamasına da, o siyahıda yer alanlara da tamamilə normal yanaşırlar. Kimlər ki, bu siyahı məsələsinə bu qədər taxılıb qalır, onlara öz bacarıqsızlığını, rəqabətə davamsızlıqlarını ört-basdır etmək üçün sadəcə bəhanə lazımdır.

Alət çubuğuna keç