SEÇKİ SƏNİN, MƏNİM, ONUN, SİZİN, BİZİM HAQQ SƏSİMUZDİR

(Ayıq olaq, ən layiqlilərə, səsimizi lazım olan yerlərə çatdıra bilənlərə səs verək…)

Qarşıda millətimizi ağır sınaq və ağır imtahan gözləyir. Milli məclisin birdən-birə buraxılması hər birimizin ürəyindən xəbər verdi. Çünki məclisdə qocalar yuxulayır, vətən də əldən gedirdi. Ali baş komandan İlham Əliyev məclisdə yatanların yuxusuna birdən-birə zəhər qatdı. Onlara rahat yatmaq üçün evlərində çarpayıları olduğunu xatırlatdı. Bu da onların yuxusunu əbədi olaraq qaçırdı. Bir də baxdılar ki, məclis buraxılıb.
Bu qocalar əl-üzünə sərin su vurub oyandılar. Baxdılar ki, nə məclis, nə vəkil… ehhh… Əl atdılar müraciətlərə ki, biz layiqli millət vəkilləriyik. Xalqımıza xidmət etməyə hazırıq. Burada deyibləreee, utanmasan oynamağa nə var ki…
Milləti pis günə qoyan, dövlətin adına qara yaxan, villalarının sayını bilməyən heç vaxt millətə yaxın olmaz…
OYAN MƏNİM MİLLƏTİM OYAN, QƏFLƏT YUXUSUNDAN OYAN, ƏN LAYİQLİSİNƏ SƏS VER Kİ, SABAH PEŞMAN OLMAYASAN!
Azərbaycan başına özü boyda qara yaylıq bağlayıb. Bir gözümüz gülüb, biri hey ağlayıb. Qarabağ həsrəti bəzi millət vəkillərini o qədər də təsirləndirməyib. Bir – iki nəfəri çıxmaq şərti ilə…
Milli Məclisə layiqli qazilərimiz, şəhid ana-atası, şəhid övladları gərəkdir. Onlar kasıb yaşadılar, amma vətənə can yandırdılar. Vətənin bağrını yaran güllə onların ciyərini yaraladı. Elə şəhid Məcidin anası Ceyran Axundova. Ana deyirəm, şəhidimin anası deyirəm. Həsrətdən saçları düm ağdır. Amma məğrur dayanıb, özündə kişi qeyrəti hiss edir.
Gəlin ona səs verək, o səsimizi lazım olan yerdə deyəcək, o gerçək millət vəkili olacaq. Hal hazırda Sumqayıt seçki dairəsindən namizədliyini irəli sürüb. O bütöv Azərbaycanın haqq səsidi, unutmayın. Nə Zeynəbdi, nə də bir başqası… o elə Ceyran xanımdı. Şəhidimin anası, Ceyran xanım.
Biz sizi Milli Məclisdə görmək isyəyirik.

Gülsüm ADİLQIZI

Alət çubuğuna keç