Gürcüstanda Azərbaycan vətəndaşından rüşvət alan məmur saxlanılıb

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə regional bölməsinin baş mütəxəssisi saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs elektro şok aparatından istifadə etməklə qanunsuz balıq ovlanması üçün Azərbaycan vətəndaşından 1000 lari məbləğində rüşvət alıb.

Faktla bağlı istintaq aparılır.

Saxlanılan şəxsi 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Alət çubuğuna keç