Həbib Müntəzirin DADP-nin adını hallandırmasını doğru saymırıq…

Xaricdə məskunlaşan Həbib Müntəzir adlı mühacir blogger bu dəfə də sədri olduğum Demokratik Azərbaycan Dünyası Partiyasını (DADP) müzakirə hədəfinə çevirib. Belə ki, o, Facebook hesabındakı paylaşımında Müsavat Partiyasını və bu partiyadan deputatlığa namizədliyi irəli sürülmüş Aqil Mahmudovu tənqid etmək adıyla bizim partiyamızın da adını hallandırıb və qeyd edib ki, A.Mahmudov vaxtilə DADP-nin üzvü olub. Eyni zamanda da məxsusi olaraq vurğulayıb ki, “DADP Mehriban Əliyevanın prezident olmasını dəstəkləyən partiyalardandır”.

H.Müntəzirin bu taktikası sözün əsl mənasında “absurd teatrı”nı xatırladır. Əvvəla, DADP özünün keçmiş üzvlərinin sonrakı fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Siyasi aktiv vətəndaşlarımız mənsub olduqları partiyaları dəyişməkdə də tam azaddırlar. Sizin Müsavatla və şəxsən A.Mahmudovla probleminiz varsa, gedin haqq-hesabınızı onlarla çözələməyə çalışın. Bizim partiyamızın adını mövzuya süni surıətdə pərçim edərək yazınızın təsir gücünü artırmaq cəhdiniz jurnalistikanın və bloggerliyin etik prinsiplərinə uyğun deyil.

O ki qaldı DADP-nin Mehriban Əliyevanın prezident olmasını dəstəkləməsinə, biz bunda da heç bir qəbahət görmürük. Bəli, biz 2013-cü ildə ölkənin birinci xanımı Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürən partiyayıq. Sizin bunu xüsusi olaraq vurğulamağınız və məsələni gətirib hər vəchlə Aqil Mahmudovla əlaqələndirməyə çalışmağınız gerçəkdən də absurddur. Biz partiyamızın adının bu cür konyuktura xarakterli siyasi çəkişmələrdə hallandırılmasını doğru saymırıq.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Alət çubuğuna keç