Bu gün Trampın impiçmenti ilə bağlı səsvermə keçiriləcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Prezident Donald Tramp barəsində impiçmentlə bağlı səsvermənin keçirilmə vaxtını açıqlayıb.

RİA Novosti xəbər verir ki, Pelosi impiçmentlə bağlı səsvermənin konstutitusiya tərəfindən onlara (demokratlara) verilmiş ən vacib səlahiyyətlərdən biri olduğunu qeyd edib.

Pelosi, həmçinin, ABŞ Prezidentinin impiçmenti ilə bağlı səsvermənin 18 dekabra təyin olunduğunu bildirib.

“Biz ABŞ Prezidentinin impiçmenti haqqında iki maddənin təsdiqlənməsinə səs verəcəyik”, – Pelosi vurğulayıb.

Xatırladaq ki, Ağ Ev ABŞ Konqresinin Nümayəndələr Palatasına məktub göndərərək, impiçment prosedurunun başlamasına səbəb olmuş araşdırmanın heç bir hüquqi əsası olmadığını bəyan edib.

Nümayəndələr Palatası Trampa qarşı sentyabrın 25-dən impiçmentə başlayıb. Buna səbəb onun Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub. Belə ki, Demokrat Partiyanın üzvləri Trampın ukraynalı həmkarına Co Baydenin oğluna qarşı korrupsiya işi ilə bağlı istintaqı stimullaşdırması üçün təzyiq göstərdiyini sübut etmək istəyirlər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Bayden Trampın 2020-ci ildə keçiriləcək seçkilərində ən perspektivli rəqibi hesab olunur.

Alət çubuğuna keç