“Sovet höküməti dağılandan sonra, insanlarda mənfi enerji yayılmağa başladı”

Hər ailə bir körpə gözləyərkən o körpəylə bağlı xəyallar qurar və əlil bir körpənin dünyaya gəlməsi ehtimalı heç düşünülməz. Görülmüş bütün hazırlıqlar normal bir körpə üçündür. Ana və atanın xaricində ailənin bütün fərdlərinin də gözləyişi eyni şəkildədir. Əlil bir uşağın doğulması isə ən əvvəl ana-ata olmaqla, ailənin digər fərdlərini də sarsıdan, gözlənilməyən bir vəziyyətdir. Mövzuyla bağlı Psixoterapevt Paşa Yaqub açıqlama verib. O, əlil uşaqların doğulması prosesi 1980-ci ildən, yəni Sovet höküməti dağılandan sonra başlamış olduğunu deyib: “Tibb elmi də təsdiq edir ki, 1980-cı illərin ortalarından sonra, autizmlə dğoğulan uşaqların sayında həddindən artıq artım baş vermişdir. Təkcə autizm deyil, şikəst və əsəbi uşaqların sayı həmin illərdən daha da yayılmağa başlamışdır. Təbii ki, bunların səbəbləri vardır. 1985-ci ilin sonlarından Sovet höküməti dağıldı və yeni bir dövr başladı. Bu da yeni bir eranın başlanğıcı demək idi. Mənəvi dəyərlə artıq arxa plana keçdi. Beləliklə, hamı madiyyata üstünlük verdi. Sovet dövründə ziyalı hörmətli şəxs kimi sayılırdı. 1985-ci ildən sonra, hər şey maddiyyatla ölçülməyə başladı. Bununla da falçıların sayı artdı və sürətlə insanlara vergi verilməyə başladı. Bu da şeytani dövrün başlanğıdı demək idi. İnsanlar da falçıların xidmətindən istifadə etdikcə, mənfi enerjiylə yülənirdilər. Beləliklə insanlarda qara enerji yayılmağa başladı”. Paşa Yaqub, mənfi enerjilər uşaqlarda əsəb pozuntularına gətirib çıxardığını bildirib: “Mənfi enerjilər, qadınların ana bətninə və bel hissələrinə yüklənməyə başladı. Həmin insanlarda qarın sancıları, əsəb pozuntuları hiiss olunur.Bu proseslərdən sonra, doğulan uşaqlarda autizm olur. Ən yüngül halda doğulan uşaq da əsəb pozuntuları müşahidə olunur. Mənfi enerjilər, eyni zamandan uşaqların şikəst doğulmasına da səbəb olan hallardandır. Müasir dövrdə də insanlar falçı yanına gedirlər. Əslində həmin şəxslər belə etməklə özlərini mənfi enerjiylə yükləyirlər. Unutmaq olmaz ki, hər bir doğulacaq körpənin sağlamlığı ana bətnində qoyulur. Ana doğum prosesini sakit və əsəbsiz keçirirsə, doğulacaq körpədə sağlam dünyaya gələcək.
Alət çubuğuna keç