Çinin türk və müsəlmanlara qarşı siyasətinə dair 400 məxfi sənəd üzə çıxdı…

Si Szinpin uyğur müsəlmanların tam sıxışdırılması üçün  qəti göstəriş verib…
Çin Kommunist Partiyasının gizli arxivlərindən ABŞ kəşfiyyat xidmətlərinə genişmiqyaslı məlumat sızması  Pekinin  müsəlman azlıqlar və türkdilli sakinlərin yerləşdirildiyi kütləvi həbs düşərgələrinə dair siyasəti barədə 400-dən çox sənədi üzə çıxarıb.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki,  “Nyu-York Tayms”( “The New York Times”) qəzeti  bəhs edilən məxfi sənədləri əldə edə bilib.
Məlum olub ki, Çin dövlət başçısı Si Szinpin Kommunist partiyasını müsəlman xalqlarına qarşı sərt siyasət yürütmək üçün “diktatura orqanlarından” istifadə etməyə çağırıb. Və o hətta 11 Sentyabr hadisələrindən sonra Amerikanın “terrorla müharibə” sini müəyyən məqsədlər üçün vətəndaş azadlıqlarını məhdudlaşdırmağın bir nümunəsi olaraq xatırladıb.  Si Szinpin “separatçı və ya radikal baxışlı” vətəndaşlara “qətiyyən mərhəmət göstərməməyin” lazım olduğunu söyləyib (məlum olduğu kimi, Çində bunlara geniş spektrli dini etiqadlar da daxildir).
Sızdırılan sənədlərdə müsəlmanların düşərgələrə necə yerləşdirildiyi, Çin rəsmilərinin həbs olunan uyğur türklərinin övladları ilə necə ünsiyyət qurulmalı olması və daha çox faktlar barədə məlumat verilir.
Xüsusilə, Çin məmurları tətildə evə qayıdan və  valideynlərini yerində görməyən tələbələrə ata-anaları və ailə üzvlərinin  düşərgələrə “öz xeyirləri üçün” yerləşdirmələri  haqda məlumat vermələri  barədə təlimatlandırılıb. Rəsmilər müsəlmanları düşərgədəki doğmalarının evdəkindən daha yaxşı yaşadıqlarına inandırmalı  və dövlətin onların yemək və yerləşmə xərclərini səxavətlə qarşıladığını təbliğ etməlidirlər.
Sultan Laçın
Alət çubuğuna keç