RƏHİM QAZIYEV ŞUŞANI SATDI… PULUNA MOSKVADA BİR BİNA ALDI…

Şuşa işğal olarsa başıma güllə vuraram… Bəs niyə vurmadın?..
Çünki, Şuşa işğal olmadı, sən Şuşanı satdın. Ona görə, də gülləyə ehtiyac qalmadı.
Rəhim Qaziyev sən hara, nazirlik hara. Sən hesabı yaxşı bilirsən. Riyaziyyatçı kimi alqı satqını bacararsan. Hər cür alver gördüm, amma torpaq alverçisi görməmişdim. Sən hamıya özünü göstərdin. Satqın, şərəfsiz, vətən xaini…
Gözü doymayanın qarnı da doymur. Xüsusi ilə də sən Rəhimin nə gözü doyub, nə də qarnı.
Adın Rəhimdi, amma rəhimdən heç xəbərin yoxdu. Əsl cəlladsan, düşməndən heç fərqin yoxdu. Paşinyan kimi alçaqdan da alçaqsan. Amma aranızda olan fərq sizi bir-birinizdən ayırır. Müqayisədə Paşinyan səndən qeyrətlidi. Onun, ona aid olmaya Şuşaya məhəbbəti sonsuzdu. Şuşaya bütün varlığı ilə sarılıb. Azərbaycanın ərazi bütövlüyü olan Qarabağı işğalda saxlayır. Amma sən şərəfsiz, satdın Şuşanı. Utan, aldığın havadan utan, yediyin çörəkdən utan, içdiyin sudan utan, gəzdiyin torpaqdan utan. Gör nə günə qoydun Azərbaycanı.
Həyanın bitdiyi yerdə həyasızlıq başlayır. Sən həyanı çoxdan itirdin. İndi nə üzlə yenə ortaya atılmısan. Vətən xaini, sənin qeyrətin çatırsa get özünə məzar qaz, özünü diri-diri o məzara göm. Yaşamağın təbiəti də incidir.

GÜLSÜM Adilqızı

На изображении может находиться: 1 человек, борода
Alət çubuğuna keç