Həyat üçün daha əlverişli planetlər tapıldı

Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər var. ABŞ və Almaniya astrobioloqları apardıqları uzun araşdırmalardan sonra bu nəticəyə gəliblər.

 “RİA Novosti”yə istinadən məlumat verir ki, tədqiqatın nəticələri “Astrobiology jurnalı”nda dərc edilib.

Alimlər 4500 ekzoplanetin istilik, rütubət və ətraf mühitin digər amilləri haqqında məlumatları toplayıblar. Bunlardan Yer kürəsindən daha yaşlı, böyük, isti və nəm olan 24 planeti seçiblər.

Müəlliflərin fikrincə, bu cür planetlərdə həyatın Yer üzündə olduğundan daha yüksək formalarda inkişafı üçün fürsəti olub.

Bu 24 planetin hamısı Yerdən yüz işıq ilindən uzaq məsafədə yerləşir.

Gələcəkdə onların NASA-nın “James Webb” və “LUVIOR”, eləcə də Avropa Kosmik Agentliyinin “PLATO” kosmik teleskopları ilə araşdırılacağı gözlənilir.

Alət çubuğuna keç