“Həkim gəlmir, ümidimiz Allahadır“ – Koronavirusa yoluxan əməkdar artist

Əməkdar artist Səbinə Babayeva koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O bildirib ki, xəstəliyi yüngül keçirdirlər. Səbinə təcili tibbi yardımdan da heç bir köməklik edilmədiyindən gileylənib:

“Həqiqəti dediyimə görə, kobud formada irad tutdular. Minlərlə insan bu dərdlə üz-üzə qalıb, hətta körpələrin yanına gəlmirsiz, deyirsiz, növbədir, gözləyin 3 gün! Şükür Allahıma, biz yüngül keçiririk və özümüzü başqa həkimlərin məsləhətləri ilə sağaldırıq. Yoxsa nə uşaq sahə həkimi, nə özüm üçün sahə həkimi, nə də 103 gəldi bizim yanımıza… Allahadır ümidimiz”.

Qeyd edək ki, müğənni bir neçə gün əvvəl də 103-dən şikayət etmişdi.

Alət çubuğuna keç