Gürcüstanda komendant saatı bir günlük LƏĞV EDİLDİ

“Yeni il gününə məhdudiyyət qoyulmasa da hamımız bizə zərər verə biləcək və infeksiya riskini artıra biləcək çox böyük, aktiv qeyd etmələrdən uzaq durmalıyıq”

Bunu Regional inkişaf və infrastruktur naziri Maia Çkitişvili söyləyib.

Nazir 31 dekabr saat 21:00-dən, 1 yanvar 05: 00-a qədər hərəkət məhdudiyyətinin qaldırıldığını elan edib.

M.Çkitişvili məhdudiyyətin müvəqqəti qaldırılmasına paralel olaraq, tövsiyələrə riayət edilməsinin vacibliyindən söz açıb:

“Bildiyiniz kimi, Yeni il qabağı hazırlıqlar və Yeni il ilə bağlı olaraq, saat 21:00-dan 05:00-a qədər müəyyənləşdirdiyimiz hərəkət məhdudiyyəti bir günlüyünə qaldırılacaq və Gürcüstan vətəndaşları Yeni ili məhdudiyyət olmadan qeyd edə biləcəklər. Bununla birlikdə, əlbəttə ki, vətəndaşlarımızı ilk növbədə özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün mövcud olan bütün qayda və tövsiyələrə riayət etməyə çağırırıq. Yeni il ərəfəsində hərəkət etməyimiz məhdudlaşdırılmasa da, hamımız bizə zərər verə biləcək və infeksiya riskini artıra biləcək çox geniş, aktiv qeyd etmələrdən çəkinməliyik.

Həmçinin Milad gecəsində hərəkət məhdudiyyəti götürüləcək. Buna görə ümid edirik ki, Milad gecəsini də qaydalara mümkün qədər riayət edərək qədər qeyd edə biləcəyik”.

Alət çubuğuna keç