Günün ULDUZ FALI: Situasiyanı öz xeyrinizə dəyişin

Qoç – hadisələri tələsdirməyin, süni təkanlardan yararlanmağa çalışmayın. Situasiyanın yaratdığı imkanlardan istifadə edin. Ünsiyyət üçün xoş vaxt keçirməklə yanaşı, yeni məlumat və dəyərli informasiya ala biləcəyiniz məclisi seçin.

Buğa – qeyri-adi şəraitdən yararlanaraq situasiyanı öz xeyrinizə dəyişin. Bilik və bacarıqlarınızı nümayiş etdirin, yaxın ətrafınızdakı insanları maraqlandırın. Məqsədə çatmaq üçün təşəbbüskar olun.

Əkizlər – əyləncə və istirahət istəklərini təxirə salın. Bu gün gərgin iş zamanıdır. Dostlarla ünsiyyətdə olun, ümumi layihə ilə bağlı yaranmış suallara cavab arayın. Bir sıra işgüzar məsələləri həll etmək olar.

Xərçəng – alış-veriş, zəruri əşyalar almaq üçün yaxşı gündür. Şəxsi münasibətlərdəki sərinliyi aradan qaldırın. Qayğıkeş olun, sevdiklərinizə hədiyyələr verin.

Şir – maraqlandığınız insanla görüşərək rutin mövzular çərçivəsini genişləndirmək mümkündür. Qarşılıqlı münasibətlərə yeni stimul və ideyalar qatın.

Qız – iradəli, qətiyyətli olun. Aktiv çalışın. Konkret planlarınızı reallaşdırmaq üçün cəsarətlə davranın. Belə olarsa, işlərdə irəliləyişə nail olacaqsınız.

 

Tərəzi – etibar etdiyiniz insanlarla çalışın. Xərclər artacaq. Şəxsi münasibətlərdə diqqətin formal izharı xüsusi məna kəsb edir. Yardım və dəstəyə ehtiyacı olana kömək edin. Situasiyadan asılı olaraq rol bölgüsü aparmaq olar.

Əqrəb – rasional olun, məntiqli davranın. Münasibətlərdə və işlərdə orijinal yanaşmanı nümayiş etdirin. Qeyri-adi planı reallaşdırmaq üçün yaxşı gündür. Sevdiyiniz insanı və yaxınlarınızı sevindirin.

Oxatan – yeni və gərəkli avadanlıq, əşyalar almaq olar. Yaxınlarınızla, ailə üzvlərinizlə məsləhətləşin. Ümumi planları və məsələləri nəzərdən keçirmək olar. Axşam saatlarında dostlarla görüş pis olmaz. Bədxərclik etməyin.

Oğlaq – bütün diqqəti işə yönəldin. Həllini tələb edən və yarımçıq qalmış layihəni başa vurun. Ev işləri də az olmayacaq. Enerjinin bir qismini yaşam məkanının yenilənməsinə, köhnə əşyalardan qurtulmağa sərf edin.

Dolça – etiraflar və emosiyaların tarıma çəkilməsi yolverilməzdir. Nəzərdə tutduğnuz istiqamətdə irəliləmək üçün iradəli olun. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. İnteryerdə dəyişikliklər etmək olar.

Balıqlar – işlərinizi sahmana salın, prosesdə qayda yaradın. Saatlar keçdikcə diqqəti yeni obyektlərə yönəltmək olar. Aktiv çalışmaq, səfər, işgüzar görüşlər üçün yaxşı zamandır.

Alət çubuğuna keç