Günün ULDUZ FALI: Bir sıra kobud səhvlərə yol verəcəksiniz

Qoç – səfər və ya səyahətdə çətinliklər yaşanacaq. Nəqliyyatla bağlı problemlər yarana bilər. Anlaşma və müqavilələrdə tələskənlik etməyin. Maliyyə məsələlərində uğura, ciddi gəlirə bel bağlamayın.

Buğa – planlaşdırılmış qərar və ya addımlar uğurlu olacaq. Spontan qərarlar verməyin. Hüquqi problemlər yarana bilər.

Əkizlər – təşəbbüskar və aktiv olun. Günün bütün işlərinə başlayın. Hətta ən çətin problemlərdən çəkinməyin. Əvvəlcədən hazırladığınız plan çərçivəsində hərəkət etsəniz, çox qısa vaxtda məqsədə çata bilərsiniz.

Xərçəng – peşəkar nailiyyətləriniz pis deyil və onlar diqqətdən kənarda qalmayacaq. İşdə irəliləyişə, gəlirə bel bağlaya bilərsiniz. Rəqib və bədxahlar sizə paxıllıq etsələr də, mane olmağa çalışmayacaqlar.

Şir – dəf edə bilməyəcəyiniz maneələr yoxdur. Çevik və sayıq olun. Şəxsi münasibətlərdə hiperaktivlik olacaq.

Qız – enerjili, aktiv olun. Cəsarətlə risk edin, rəqibləri üstələyin. Narahatlıq və təlaşlar olacaq. Lakin ən ağır vəziyyətdə təşvişə düşməyin, bədbinləşməyin. Nikbin olun. Yanınızdakı insanların da pessimizmə qapılmasına imkan verməyin.

Tərəzi – sərfəli anlaşma və ya sifariş ola bilər. Alış-veriş üçün əlverişli zamandır. Qarderobunuzu yeniləyə bilərsiniz.

Əqrəb – fanatizmə qapılmayın, illüziyaların əsiri olmayın. Şəraiti real dəyərləndirin. Gərəkli informasiyanı gec alacaq, bir sıra kobud səhvlərə yol verəcəksiniz.

Oxatan – işgüzar əlaqələrdə və şəxsi münasibətlərdə həssas, ehtiyatlı olun. İlkin təəssürata aldanaraq səhv etməyin. Layiq olmayan insanlara inanmayın. Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.

Oğlaq – əvvəlki günlərdə həddən ziyadə ciddi yanaşdığınız məsələlərlə işləri bu gün qulaqardına vurmayın. Bədxahlarla rəqiblər bu gün ifrat dərəcədə aktivləşiblər. Onlara sinə gərməyi bacarın.

Dolça – xasiyyətinizin ən pis yönləri aşkarlana bilər. Qərar qəbul etməzdən və ya hansısa addımı atmazdan əvvəl yaxşı fikirləşin ki, sonradan peşmançılıq hissi keçirməyəsiniz. Hərdəmxəyal olmayın.

Balıqlar – alınmış məlumatların mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin. Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz. /

Alət çubuğuna keç