Günün qoroskopu: səhhətinizlə rasionunuza fikir verin23 Dekabr 2020

Qoç – peşəkar fəaliyyət baxımdan o qədər qorxulu deyil. Buna rəğmən nikbin olun, yaşama sevinin, dostlarla ünsiyyətdə olun. Tənbəllik etməyin, süst davranmayın.

Buğa – yarısında işlərinizi başqalarına etibar və həvalə etməyin. Başladığınız işləri yarımçıq qoymayın, prosesləri diqqət mərkəzində saxlayın.

Əkizlər – səhhətinizə fikir verin. Bədxahlarınızın zərərli təsirlərinin dağıdıcı səciyyə almasına imkan verməyin. Nüfuz və simanızı qoruyun. Kiminsə böhtanı sizə ağır zərbə vura bilər.

Xərçəng – münaqişə və ya davadan sonra barışmaq asan olmadığından güzəştə gedin, vəziyyəti ağırlaşdırmayın. Günün ikinci yarısında aqressiv, qıcıqlı olmayın. Əhəmiyyətli xərclər istisna deyil. Onların əksəriyyəti məntiqsizdir.

Şir – ən yaxın insanlarınızla ünsiyyətdə problemlər yarana bilər. İstədiyinizi dərhal əldə etmək istəyirsiniz və bu, mümkün olmayanda ətrafınızdakı insanları suçlamayın.

Qız – yeni işə başlasanız, onu maraqla və ciddi şəkildə yerinə yetirəcək, çox parlaq şəkildə başa vuracaqsınız. Gəlirləri artırmaq, səylərinizin və əldə olunan nəticənin etirafı imkanları yaranır.

Tərəzi – düşünülməmiş addımlar atmayın. Diqqət və sərvaxtlıq tələb edən işdə səhv buraxmayın. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər.

Əqrəb – səhhətinizlə rasionunuza fikir verin. Həzm prosesində problemlər yarana bilər.

Oxatan – ailədə yaranmış problemi həll etməyə çalışın. Şəxsi istəklər və planlarınızı ümumi mənafeyə qurban verməli olacaqsınız. Alış-veriş üçün əlverişli zaman deyil. Gərəksiz, ehtiyac duyulmayan əşya almayın. Bədxərclik etməyin.

Oğlaq –  emosiyaların təsiri altında sonradan yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Az sonra yaşamınızda problemlərə rəvac ola biləcək düşünülməmiş addımlar atmayın.

Dolça – problemlərinizlə qayğılarınızı yaxınlarınızla bölüşməkdən çəkinməyin. Yardıma ehtiyacınız olan vaxtda kömək ala bilərsiniz. İşdə həmkarlarınız və rəhbərliklə münasibətlərdə sərinləşmə ola bilər.

Balıqlar – gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır. Çətin, malik olduğunuzdan artıq bilik və təcrübə tələb edən işlərlə qarşılaşacaqsınız. Şəxsi münasibətlər zəminində dəyişikliklər ola bilər.

 

Alət çubuğuna keç