Güney Azərbaycanda Vətən Müharibəsinin şəhidləri yad edildi – FOTO

44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsi bu gün Azərbaycanda bir dəqiqəlik sükutla yad edilib.

Bütün ölkə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini saat 12:00-da yad edib. Nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, Bakı Dəniz Limanında yan alan gəmilər və paytaxt yollarında olan avtomobillər siqnallar verib.

Bütün dini ibadətgahlarda (məscidlər, kilsələr, sinaqoqlarda) şəhidlərin əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

Cebhe.info xəbər verir ki, xarici ölkələrdə, o cümlədən Güney Azərbaycanda yaşayan soydaşlarımız şəhidlərin xatirəsini hörmətlə yad edib.


Alət çubuğuna keç