Güney Azərbaycanda kütləvi zəhərlənmə baş verib

Güney Azərbaycanda kütləvi zəhərlənmə qeydə alınıb. GAMOH-dan Cebhe.info-ya verilən məlumata görə, hadisə Şərqi Azərbaycan əyalətində olub. Ostanın “Abışəhməd” və ətraf kəndlərində yaşayan 200 vətəndaş zəhərlənib.

Kəlyebər valisi Ədalət Hacipur zəhərlənənlərin tibb məntəqələrinə göndərildiyini bildirib.

Onun sözlərinə görə, bu insanların hamısı bir gündə qarın ağrısı və qusma kimi oxşar simptomlarla xəstəxanalara və sağlamlıq mərkəzlərinə müraciət ediblər.

Hacipur zəhərlənmənin səbəbinin məlum olmadığını söyləyib.

Zəhərlənmənin səbəbini tapmaq üçün bölgədə istifadə olunan içməli sudan nümunələr götürülüb.

Kəleybər valisi, çərşənbə axşamı xəstəxanaya bu simptomlarla yeni bir xəstənin müraciə etmədiyini, məsələnin nəzarət altında olduğunu bildirib.

Vətəndaşların çirklənmiş və su içərək zəhərləndikləri xəbəri İran mediasında dəfələrlə yayımlanıb.

Abşəhməd, Təbrizdən 185 km şimal-şərqdə, “Arasbaran”(Qaradağ) meşə sahəsindədir.Bu bölgə ölkə səviyyəsində bənzərsiz təbiəti və isti su qaynaqları ilə məşhurdur.

Alət çubuğuna keç