Gözəllik kraliçası evində ölü tapıldı

“Miss Meksika” gözəllik yarışmasında iştirakı nəzərdə tutulan model Himen İtu öz evində ölü tapılıb.

Bu barədə “Report” “The Sun” nəşrinə istinadən xəbər verir.

21 yaşlı modelin ölüm səbəbi dəqiq bilinmir. Polis onun yarışmadan bir neçə həftə əvvəl intihar etdiyini ehtimal edir.

Ehtimallardan birinə görə, narkotik maddələr qızın ölümünə səbəb olub. Modelin öldürülə biləcəyi də mümkündür. Faktla bağlı hazırda araşdırma aparılır.

Alət çubuğuna keç