Goran Ticarət sahibləri Prezidentə şikayət etdilər-Banklar bizi bəlaya salıb

Goranboy rayonu Goran Ticarət mərkəzində sahibkarliqla məşğul olan vətəndaşlar Prezidentə səsləndilər.

Pressxeber.com xəbər verir ki, Goranda fəaliyyət göstərən iri və xırda ticarət mərkəzlərinin sahibləri pandemiya dövrundə onlarin banka olan kredit borclarinın 100%ni ödəmələrini tələb edirlər.

Sahibkarlar və ticarətçilər Ölkə başçısı cənab İlham Əliyevə səslənirlər ki, Milli Bankın Sədri Elman Rustəmov bu çətin pandemiya dövründə sahibkarlara kredit ödənişlərində müəyyən güzəştlərin verilməsindən kənar durur.

Sahibkarlar bildirirlər: Cənab Prezident bilirik ki, bu gün bütün dünya ölkələrini öz təhlıkəsi ilə cənginə alan KORONAVİRUS (COVİD-19) adlı bir bəla sozsüz ki, Azərbaycan Respublikasında da özünü göstərməkdə davam edir. Buna baxmayaraq biz inanirıq ki, Sizin sayənizdə xalqımız bu bəladan üzüag qurtulacaq və itgilərimiz az olacaqdir. Bu gün olkəmizdə tətbiq edilən karantin rejiminin ölkə iqtisadiyyatına vurduğu zərbələrdən xəbərdarıq. Biz hərbir vətəndaş və sahibkar icarəyə götürdüyümüz ticarət obyektlərində birneçə ailə sahiblərini dolandırırıq. Bu ailələr isə gələcəkdə Dövlətimiz,Vətənimiz,Cəmiyyətimiz və Xalqımız üçün övladlar boyüdür.

Möhtərəm Prezidentimiz bu gün biz sahibkarlar çətin bir vəziyyətlə qarşılaşmışıq. Karantin rejiminin tətbiq edildiyi bir dövürdə banklardan gotürdüyümüz kreditlərin ödənişində çətinliklər çəkirik. Siz dəfələrlə oz çıxışlarinızda vurğulamısınız ki, banklar sahibkarlara kredit ödənişində güzəştlər etməlidirlər. Buna baxmayaraq bu gün banklar bizdən ödənişlərin tam ödənilməsini tələb edir.

Odur ki, Sizdən bütün sahibkarlar adından xahiş edirik ki, bizə köməklik göstərəsiniz Milli Bankın sədri Elman Rüstəmova tapşırıq verəsiniz ki, krediti olan sahibkarlara muəyyən vaxta qədər guzəştlər etsinlər.

Biz dolana bilmirik və bizimlə birgə çalışan ailəsinə və övladlarına çörək pulu qazanan satıcılar və fəhlələr çıxılmaz vəziyyətdə qalıblar. Sizdən bizlərə köməklik etməyinizi xahiş edirik.

Alət çubuğuna keç