Bu gün DAK Qadınlar Şurası, Dünya Ana və Uşaqlar ictimai birliyinin sədri Dünyxanım Əliyeva ilə Azərbaycan Respublikası İdeal Sülhun təbliği fondu, dövlətçiliyə Dəstək mərkəzi və Dünya Azərbaycanlıları Həmrəyliyinə Dəstək Cəmiyyətinin sədri Tofiq Əlizadənin birgə təşkil etdikləri tədbir keçirildi. Toplantının məqsədi Rusiyada həbs olunan həmyerlimiz jurnalist Fuad Abbasovun hüquqlarını müdafiə etmək üçün imza toplama işini gücləndirmək və bəyanət vermək idi.
Bir-birinin ardınca edilən çıxışlarda F.Abbasova qarşı göstərilmiş şiddətdən, ədalətsizlikdən danışıldı.Belə ki jurnalist Fuadın həbsi bir viza bəhanəsi olsa da, məsələnin kökündə siyasi səbəblər durur. Çünki bu tanınmış jurnalist yayılan məlumatlara görə amansızcasına şiddətə məruz qalmışdır…Bu gün kim nə bacarırsa, o şəkildə də vətəndaşlıq borcu ilə səsini qaldırmalı, vətəndaşımızı, Beynəlxalq Jurnalistimizi müdafiə etməlidir. Yəni sosial şəbəkələrdə bu barədə xəbərlər yaymaq, informasiya ötürmək ən doğru və gözəl vasitədir. (Validə Vəliyeva