Fransada yaşayan soydaşımız 100 ailəyə yardım etdi,10 heyvan kəsildi

Fransada yaşayan soydaşımız 100 ailəyə yardım etdi,10 heyvan kəsildi

Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Fransada yaşayan soydaşımız Rza Zeyni “Fransa Azərbaycanlıları Birliyi” adından aztəminatlı və imkansız ailələrə ərzaq bağlaması paylanılıb.

Təşkil olunan yardım kampaniyası 100-dən artıq aztəminatlı və imkansız ailəni, yaşı 65-dən yuxarı olan tənha və ahıl insanları əhatə edib.

Rza Zeyni, təşkil olunan “Evdə qal!” kampaniyası çərçivəsində zəruri ərzaq paylarıyla yanaşı, 10 heyvanın kəsilərək ailələrə paylandığını bildirib.

Görüş zamanı ailələrdə maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışılıb. Azərbaycan dövlətinin öz vətəndaşlarını koronavirus pandemiyasından, onun yaratdığı fəsadlardan qorumaq üçün bütün tədbirləri gördüyü bildirilib

Alət çubuğuna keç