Fabrik şəhid anasını işdən çıxardı: “Dedim, heç olmasa, üzümün yarası sağalsın…”

Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan birinin – Adil Akif oğlu Rzayevin anası işdən çıxarılıb.

Bu barədə Teleqraf.com-a şəhidin anası Məhbubə Hüseynova məlumat verib.

Ana deyir ki, 1999-cu il avqustun 20-də Qobustan rayonunun Xilmilli kəndində anadan olan Adil ailənin beşinci övladı imiş: “Üç oğlum, iki qızım vardı. Adilə sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırış göndərmişdi. Bir neçə gün Qusarda təlim keçdilər.

Oktyabrın 4-də qardaşı ilə danışıb ki, onları oradan Füzuli istiqamətinə aparırlar. Oktyabrın 10-dan Adilin nömrəsinə zəng çatmadı. Noyabrın 28-nə qədər onu axtardıq. Balamın adı itkinlər siyahısında çıxmışdı. Bu müddət ərzində Müdafiə Nazirliyinə də getdik. Noyabrın 29-da zəng vurub dedilər ki, Füzulidə bir şəhid var, gəlin baxın. Kimliyinin müəyyənləşməsi üçün Bakıda məndən DNT analizi götürdülər. Qardaşı ilə dayısı gedib baxdılar ki, Adildir. Noyabrın 30-da oğlumu Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn etdik”.

Hazırda Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi (Nasosnu), Kərim Kərimli küçəsində yaşayan ailənin maddi vəziyyəti yaxşı deyil. Məhbubə Hüseynova deyir ki, Adil şəhid olandan bəri onlarla heç kəs maraqlanmayıb: “Həyat yoldaşımı itirdikdən sonra ailənin dolanışığı üçün Sumqayıtdakı “Elat” quşçuluq fabrikində işə düzəlmişdim. Orada aşpaz işləyirdim.

Alət çubuğuna keç