ESSE BİLAL XANLAROĞLU QARABAĞ AZƏRBAYCANDIR

Sentyabrın 29-du Bilalın anası onun doğum günü üçün hazırlıq görürdü . Bacılar da anaya kömək edirdi . Atası Xanlar evə lazım olan bazarlığı dünənnən etmişdi. Evdə hamı məşğuldu hərə məclis üçün bir hazırlıq işləri , milli xörəklərimizi hazırlayır . Bacılar deyə- gülə salatlar hazırlayır . Bilalın bacısı Əfsanə Bilalın adı və rəsmi çəkilmiş gözəl bir tort da sifariş etmişdi . Bilal 25-26 yaşını hərbi xidmətdə əsgər və komandir yoldaşları ilə keçirmişdi. Ona görə də atası Xanlar xüsusi hazırlıq görmüşdü ki, həsrətini yaşadığı o iki ilin sevincini də birlikdə yaşasınlar Bilalla. Bilal ailənin tək oğluydu. Bilal isə iki gündü Azərbaycanca başlayan ikinci Qarabağ müharibəsinə hazırlaşırdı .Heç kimə demədən 28 sentyabrda qeydiyyatda olduğu Hərbi hissəyə gəlir və könüllü Hərbi Səfərbərliyə yazılır . Sabah 29–da bir qurp könüllülər müharibəyə yola düşəcəkdi. Bilal məni də onların siyahısına salın deyə təkid etdi. Yazdırdı da , evə arxanlaşıb gəlirdi sabah ad gününü Vətəni qorumağa , işğalda olan torpaqlarımızı düşməndən azad etməyə yollanacaqdı. O indidən düşməni necə əzdiyini Şuşaya , laçına Kəlbəcərə və işğal olmuş digər rayonlara bayraq sancmağın sevincini xəyalında canlandırırdı. Qəlbində bir atəş püskürürdü ,bu atəş düşmənə 30 illik nifrətdən , işğal olmuş torpaqlarımızı azad görməkdən yaranan böyük bir vətən sevgisinin atəşıdir. Bilalda olan vətənpərvərlik hisslərinin güclü olması gendən gəlir. Ona babası Bilalın adı qoyulub. Baba Bilal 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində alman faşızminə qarşı qəhrəmancasına vuruşmuş. Müharibə veteranı olmuşdur . Baba Bilalın xasiyyətindəki mərdlik, əqli düz, sözü düz , haqsızlığa qarşı qanının qaynaması heç nədən ,heç kimdən qorxmadan haqq sözünü deməsi daima döyüşə hazır olması kimi xüsusiyyətləri nəvə Bilala da sirayət etmişdi. Fərq onda idi ki , baba Bilal alman faşizminə qarşı, nəvə Bilal isə erməni faşizminə qarşı müharibədə düşmənə qarşı mərdliklə ,qəhrəmancasına vuruşmuşdular. Baba Bilal Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 9 may 1945-ci il Qələbə Günü 1941-1945-ci il Böyük Vətən Müharibəsinin başa çatdığı gün. Nəhayət ki , 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır.

Xalq şairi Səməd Vurğun, gözəl deyib :

Yazılsın tarixə bir qızıl xətlə,

45-ci ilin doqquz may günü.

Başlansın şeirlə, sazla, söhbətlə

Bu ellər bayramı, ellər düyünü.

Bu Qələbədə baba Bilalın da payı var idi. Qələbədən sonra baba Bilal böyük sevinclə, fəxarətlə öz doğma vətəninə Gürcüctanın Arxılı kəndinə qayıdır . Baba Bilalın oğlu Xanları evləndirir . Xanların 3 qızı bir oğlu olur. Xanlar oğlunun adını babasının adını qoyur Bilal…, bu adda qəhrəmanlıq var əsl oğuz qanı , türkçülük qeyrəti daşıyan babanın layiqlı davamçısı olacaq deyə arzulamışdı ata. Bəli qəhrəman babanın nəvəsi də ancaq belə olar . Bilal Xanlar oğlu 1993-cü ilin sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur

O, mehriban, mərhəmətli, böyük-kiçik yerini bilən, şən və çox zarafatcıl biri idi.

2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış,2020-ci ilin yanvarın 5-də tərxis olunmuşdur. Bilal 2020-ci il sentyabrın 29-da öz doğum günündə İkinci Qarabağ uğrunda gedən döyüşlərə qoşulmaq üçün yola düşdü. Hərbi Səfərbərliyə könüllü qoşulduğunu evdə deməmişdi, Bilal sentyabrın 26-dan 27 –sinə keçən gecədə evdə keçirdiyi son gecəsinin hər dəqiqəsini dəyərləndirir. Qızı Nazlı ilə doyunca əylənir ,onun isti nəfəsini dönə -dönə qoxlayır . Ata-anası ilə bacıları ilə çox söhbət edir . Bilirdi ki sabah artıq evdə yox döyüş bölgəsində olacaq . Ailənin isə heç nədən xəbəri yox idi. Səhər tezdən qalxdı duş qəbul etdi , Əyin başını geyindi Bilal çox zövqlə geyinirdi Ucaboy , enlikürək , sarışın saçlı iri qaragözlü xoş üzlü gənc idi . Səhər yeməyini ailə ilə birlikdə yeyib evdən çıxdı , evdən çıxanda Nazlını otağına aparıb doyunca öpüb qoxladı . Payız mehi insanın üzünü sığallayırdı . Ağacların yarpaqları da elə bil Bilalla vidalaşırdı . O voenkomata gedəndə artıq avtobus dayanmışdı . O siyahıda adı çəkiləndə hansı avtobusa minməsini göstərdilər. Bilal gedib avtobusda yerini rahatladı və ürəyində Ordumuza qələbə arzulayaraq , salamat qal doğma Bakım, salamat qal Nazlım , atam anam bacılarım deyib yola rəvan oldular. Məni bağışlayın atam anam bacılarım Balaca Nazlım ad günümü sizinlə keçirə bilmirəm. Vətən məni gözləyir . Bilalın ata anası bacıları ad gününə tam hazır idilər . Süfrə bəzənmişdi balaca Nazlı sevinir atılıb düşür atamın ad günüdür deyə hər gələn qonağa sevinclə deyir . Sonra da nənənin yanına qaçır ki bəs atam hanı niyə gəlmir axı?

Aidə sifariş etdiyi tortu da gətirdilər . Ay allah nə gözəl tortdu deyə Nazlı qışqırdı atamın şəkli də var bax bibi. Aida tortun pulunu verib tortu gətirən “Sehirli soba” şirniyyat evinin işçisini yola saldı. Qonaqlar da gəlmişdi süfrə də hazır idi bircə Bilal yox idi . Ana içində narahat olmağa başladı. Ata həytdə var gəl edir , amma heç kəsə heç nə demirdi. Balaca Nazlı bibi atam indi gələcək torta baxacaq , mən də şamları üfürəcəm eləmi ! Bibi bəli Nazlı gözəl tortda

Kı şamları əlbəttə atanla sən üfürəcəksən . Nazlı torta baxır səbrsizliklə nə vaxt şamların yanacağı anı gözləyirdi . Birdən Xanların telefonuna zəng gəldi: Xanlar tez telefona cavab verdi

-aloo , salam telefonun o biro tərəfindən ciddi bir səs gəldi naməlum nomrə. Allah sən xeyrə dondər deyə Xanların narahat ürəyi həyacanla döyündü. Xanlardı danışan? Xanlar bəli deyə cavab verdi. əks tərəfdən gələn zəngin Azərbaycan Respublikasında könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir .

Bu gün müharibəyə yola saldıq bir qurp könüllüləri ,o cümlədən də sizin oğlunuz Bilalı da. Ata bir anlıq çaşbaş qaldı . Sonra yaxşı olsun cəmi əsgərlərimizə .İnşəallah düşmən üzərində zəfər çalıb sağ salamat qayıtsınlar. Telefonun o biri tərəfindən Aminn deyib dəstəyi asdılar . Xanlar sakitcə içəri keçdi onun üzündə həm sevinc , həm də çaşqınlıq var idi. Axı heç olmasa Bilal mənə deyə bilərdi. Eybi yoxdur təki faşist ermənini əzib sağ-salamat torpaqlarımızı azad etsinlər deyə düşündü. Otağa girəndə sual dolu baxışlar ona zillənmişdi. Xanlar gülümsər sifətlə xanımını çağırdı,Gültəkin qonaqları süfrəyə dəvət et şər qarışır .Bilal bir az gec gələcək ? Axı hara gedinb o bilir ki evdə hazırlıq görmüşük onun ad günü üçün . Xanlar xoş təbəssümlə Bilal babası Bilal kimi Vətənini erməni faşizmindən azad etmək üçün könüllü olaraq cəbhəyə yollanıb . Mən oğlumla qürur duyuram . O vətənin bu ağır , məşəqqətli günündə təm-təraqlı ad günü əvəzinə səngəri üstün tutdu. İnşəALLAH sağ-salamat qayıdar yenə də zəfər bayramını qeyd edərik. Ananın gözlərindən yaş axdı əllərini açıb Allaha dua etdi Ya Rəbbim sən özün Azəərbaycan Ordusuna zəfər nəsib eylə! Bütün əsgərlərimiz sağ salamat evlərinə dönsünlər qələbə sorağıyla. Hami Aminn dedi. Xanlar bəy Gültəkin xanımı süfrəyə əyləşdirdi və bütün qonaqlar əyləşdilər . Bilalın stulunda Nazlı əyləşdi. Ata hanı axı burda atam oturacaqdı .., babası Xanlar ata gələcək Nazlı sənə hədiyyələr alıb gələcək İnşəALLAH!

Bilal çox zarafatçıl oğlan idi . O deyib gülməyi çox sevərdi. Keyfi olmasa belə elə mövzu tapırdı ki özü də yanındakılar da şənlənirdi.

O, qələbəyə çox inanırdı. Şuşaya bayraq sancmaq isə ən böyük arzusu idi. Bilal Hadrut, Cəbrayıl və Füzuli şəhərlərinin alınmasında mənfur düşmənə qarşı böyük fəxarətlə vuruşdu. O, hər dəfə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çıxışlarının onları necə ruhlandırdığını vurğulayırdı . Bilal dəfələrlə ölümün kəndarından geri döndü. Şəhidlik zirvəsinə isə 3 noyabrda məhz Şuşa uğrunda gedən döyüşlərdə yüksəldi və beləliklə, öz son arzusuna çatdı.

5 noyabrda Bilalın şəhid olma xəbəri gəldi. Bütün ailə, Bilalı sevənlər, qonşular, dost-tanış bu xəbərdən sarsıldı. Hamı onun geri dönəcəyinə inanırdı. Bilal 6 noyabr Badamdar qəbiristanlığında torpağa tapşırıldı.

Bilal 2000-ci ildə Səbail rayonu şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. O, əxlaqı, tərbiyəsi, mənəvi keyfiyyətləri ilə həm müəllim, həm də şagird kollektivinin sevgisini qazanmışdı. 2011-ci ildə orta məktəbi bitirmişdir. Bilal ailəli olub ayrılıb və bu evlilikdən Nazlı adında sevimli bir qızı var. Onun ən böyük arzularından biri ali təhsil alıb yaxşı bir peşəyə sahib olmaq, son gününə qədər dilindən düşürmədiyi Nazlını hərtərəfli böyütmək idi. Boş vaxtlarını onunla keçirər, qızına qayğı göstərərdi. Cəbhədə olanda hər dəfə “Nazlıdan muğayat olun”- deyib sağollaşardı.

Sonuncu dəfə 31 oktyabrda danışmışdıq. Tələm- tələsik danışırdı, harasa tələsirdi sanki. “Vətənə bir xeyrim olsun.”- deyirdi. Sevinirdi, torpaqlarımız özümüzə qayıdırdı çünki. Amma bilmək olmaz, bu son danışığımız da ola bilər. Allaha əmanət olun, qızımdan muğayat olun . Ordumuza dua edin, çünki bizi dualarınız qoruyur. Bilmək olmaz, elə yerə gedirik ki, dönüşü olmaya bilər. Bu, onun son sözləri oldu. İndi ailəmiz üçün Şuşanın alındığı gün Bilalın yeni doğum günüdür.

Bilalın ailəsi onun qazi dostlari ilə görüşdü. Onlar bizə Bilal ilə bağlı xatirələrini danışdı. Hər bir kəlimə bizim üçün dəyərli idi. Füzuli şəhəri uğrunda gedən döyüşlərə qədər birlikdə olduğu əsgər dostu danışırdı: “Aramızda iki Bilal var idi. Qənbərov Bilalı saç rənginə görə “Sarı” ləqəbi ilə çağırırdıq. O, çox zarafatcıl, pozitiv, mərhəmətli bir insan idi. Müharibə şəraitində yaşadığımız çətinliklərə baxmayaraq o, öz zarafatlarından qalmırdı və komandanın əhvalını yüksəldirdi. Həmişə qızından danışırdı. İlk gündən etibarən bir yerdə olsaq da, Füzulidə yollarımız ayrıldı. Çünki mən yaralandım və yoldaşlarımdan xəbərsiz ayrı düşdüm. Mən Sarının artıq aramızda olmadığına inanmıram və böyük həyəcan keçirdirəm. Cümlələrimə görə məni bağışlayın.

Hadrutdan Şuşa şəhərinə qədər olan mübarizədə yan-yana olduğu əsgər yoldaşı Bilalın şəhid olduğunu ailəsindən eşidəndə təəssüflənir və hər

şeydən xəbərsiz olduğunu bildirərək deyir: “Biz üç dost idik. Yediyimiz, içdiyimiz hər bir şeyi üç yerə bölürdük. Həmişə qızı haqqında danışırdı. Yaşadığımız ünvanları bir – birimizə demişdik ki, müharibədən sonra da əlaqə saxlayaq. 2 noyabrda mən qəlpə yarası aldım. Bilal və Əbdül məni xəstəxanaya yola saldılar. İndi isə öyrənirəm ki, nə Bilal var, nə də ki Əbdül. Buna görə danışmaq mənə çox ağırdır.”

Bilal Vənəni düşməndən xilas etmək üçün öz canını qurban verdi. Bilal tək deyildi 2783 şəhidi var Odlar yurdu Azərbaycanın . Başın sağ olsun Vətən !Başın sağ olsun şəhid atası şəhid anası ! Oğuz elinin oğulları siz hər kəsin qəlbinə əbədi yaşayacaqsınız. Şəhidlər ölməz Vətən bölünməz!

Yenə dərd gecəsi, hisran gecəsi

Durdu gözlərimin önündə durdu .

Zaman gəlir , gedir bitməz qüssəsi

Cavabsiz suallar fikrimi yordu ,

 

Hiddəti , zilləti çəkdi millətim

Düşmən marıqdadı, yenə pusquda

Allahım güc ver ki, yetsin qüdrətim

Onu endirəlim , verərək bada

 

Anaya, bacıya qiymaz deyərlər

Qiydılar cocuğa , körpələrə də

Ruhumda, canımda o dəhşət, kədər

Gedirəm üstümə gəlir güllələr

 

Hələ bitməyibdir o günün sonu

Nifrəti qəlbimi köz tək yandırar

Günahkarı verin , siz verin onu

Bu dəhşəti ona çəkdirmək durur .

 

Gözümün yaşını sel edənlərə

Xalqımın gücünü göstərmişik biz .

İnsanlığa qıyıb qəsd edənlərə

Dünyanı başına dar etmişik biz .

 

Cavahir qoparma dərdin yarasın

Onsuz da koz almır yandırar məni ,

Bu “ Şəhidlər günü ” kimsən sorasın

Bir ruham , dolaşır ruhumun təni .

Bir ruham , dolaşır ruhumun təni …

Nəhayət ki ,Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı

Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan Ordusu Ermənist təxribatlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd günlük müharibə ilə nəticələnən Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi.30 il ərzində işğal olunan 12 rayon və kəndlərini Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı , Ağdam , Laçın ,Kəlbəcər, Xocalı , Xocavənd Ağdətə, Xankəndi rayonlarını işğaldan azad etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.Dağlıq Qarabağ münaqişəsi bitdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. Ərazi bütövlüyümüz təmin olundu.

Noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürkün xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur. Türkiyədə Mustafa Kamal

Atatürkün anım günü noyabrın 10-u olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Bu qələbədə Borçalı elinin nur üzlü balası Bilal Xanlar oğlunun da payı var . Biz bütün 2783 şəhidin doğmaları qarşısında baş əyirik!

Bilal sənin həmişə əmanət etdiyin nazlı təkcə ata-anana bacılarına deyil, canında azərbaycanlı qanı daşıyan hər kəsə əmanətdir!

Rahat uyu şəhidim ! Atan da anan da bacılarında hər birimizin doğmasıdır. Siz gələcək nəslə örnək oldunuz öz şəhadətinizlə!!!

Cəvahir Qaraqızı 18.12.202

Alət çubuğuna keç