Ermənistanı məhv edəcək görüntülər ORTAYA ÇIXDI – ŞOK DETALLAR+VİDEO

Azərbaycan qarşısında tarixi məğlubiyyətə uğrayan Ermənistanın beynəlxalq məhkəmələrdə ittiham edilməsinin yolunu açacaq daha 11 sənəd üzə çıxıb.

Publika.az xəbər verir ki, İnsan Haqlarını Müşahidə Təşkilatı Dağlıq Qarabağ bölgəsində apardığı monitorinqin nəticələrini paylaşıb.

Təşkilat noyabr ayında Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərə edilən hücumları araşdırıb. Sənədlərdə Ermənistan silahlı birləşmələrinin ballistik raket, özüyeriyən top və böyük kalibrli top mərmiləri ilə Azərbaycanın mülki infrastrukturunu hədəf aldığına dair 11 hadisə yer alıb.

 

Təşkilat monitorinq zamanı hücumların 53 canlı şahidi ilə görüşüb. Həmçinin 12 telefon danışığı aparıb. 17 hücumun 10-nun peyk görüntüləri, sosial şəbəkələrdə yayılan foto və videolarına da baxıb. Bu materiallar hücumun miqyasını, zaman və tarixini təsdiqləyib.

Qalan digər hücumlara dair detalların növbəti sənədlərdə açıqlanacağı bildirilib.

Qeyd edək ki, təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Haq Uilyamson erməni hərbi birləşmələrinin şəhərlərə hücumlarda dəfələrlə raketlərdən və ağır toplardan istifadə etdiyini təsdiqləyib: “6 həftəlik müharibə zamanı təkrarlanan bu hücumla dinc əhalinin həyatı və evlərini qanunsuz şəkildə yox edib. Bu hücumlar müstəqil şəkildə araşdırılmalıdır”.

 

 

Alət çubuğuna keç