Ermənilərin Hadrudda təxribat törətdiyi təsdiqlənib, Azərbaycanın bir, düşmənin üç hərbçisi yaralanıb

Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törədiyi təxribat zamanı düşmənin üç hərbçisi yaralanıb.

APA-nın “Sputnik Armenia” agentliyinə istinadən verdiyi xəbərə görə, erməni tərəfinin yaydığı məlumatda bildirilir ki, dekabrın 11-də Hadrut ərazisində atışma olub.

Atışmada üç erməni hərbçi yaralanıb.

Qeyd edək ki, dünən erməni tərəfinin təxribat törətməsi nəticəsində Azərbaycanın bir hərbçisinin yaralanması barədə məlumat yayılıb.

Alət çubuğuna keç