Ermənilərdən SENSASİON ADDIM – Dəhşətli planlar üçün silahlı dəstə yaradıb HƏRƏKƏTƏ KEÇDİLƏR

Özlərini 104 il öncə – 1915-ci il hadisələrindən sonra Suriya və Livana köç edənlərin nəvələri adlandıran bir qrup erməni PKK/PYD terror təşkilatının himayəsi altında yenidən təşkilatlanıb.

Daha əvvəl müxtəlif terrorçu qruplarla birlikdə fəaliyyət göstərən ermənilər bu dəfə öz taborlarını qurmağa cəhd göstərir.

Təxminən, 200 nəfərdən ibarət qrup 1915-ci il 24 aprel hadisələrinin ildönümü ilə əlaqədar bu gün fəaliyyətlərini elan edəcək. Terror təşkilatının yayım orqanlarının verdiyi məlumata görə, erməni qrupa Suriyada öldürülən terrorçu Nubar Ozanyanın (Orxan Bakırcıyan) adı verilib.

TƏRKİBİ

Taborun liderlərindən olan Masis Otanyaf Suriyada Qamışlı, Haseki, Sərəkaniyə, Dırbəsiyə və Amudə kimi şəhərlərə dağılan erməniləri bir araya gətirən şəxsdir. Hər gün hərbi və psixoloji təlimlər keçən terrorçuların qaldığı qərargahın divarlarında qəribə yazılara və fotolara rast gəlinir. Bunlardan biri 1982-ci ildə 9 nəfərin həlak olduğu, 72 nəfərin yaralandığı Əsənboğa hücumunu gerçəkləşdirən ASALA terror təşkilatının üzvü Levon Ekmeçiyanın fotosudur. Terrorçular Türkiyədə qaranlıq bir sui-qəsdə qurban gedən jurnalist Hrant Dinkin fotolarını da təxribatları üçün istifadə edir.

HƏDƏFLƏRİ

Alət çubuğuna keç