Ermənilər yol ayrıcında: – Hansı xətt qalib gələcək?

Ermənistanda Azərbaycana münasibətdə 2 siyasi xətt mövcuddur.

Bu xətlərdən biri iki ölkə arasında barışıq, diplomatik münasibətlərin qurulması tərəfdarları olsalar da digər radikal düşüncəli, revanşist qrup isə müharibə tərəfdarıdır. Bunu Ermənistanın yalnız siyasi elitasında deyil, sadə əhalisi arasında da görmək mümkündür.

Məsələn, 10 noyabr sazişinə görə bir qrup erməni Rusiyaya minnətdarlıq bildirsələr də, digər qrup onları qınayıb, aşağılayıcı sözlərlə təhqir etmişdilər.

Maraqlıdır, İrəvanda gedən proseslərin nəticəsi olaraq hansı qrup qalib gələcək?

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Ermənistanda revanşit qüvvələrin səsi hər zaman eşidiləcək:

“Ermənistanda “hərb partiyasının” nümayəndələrinin səsi həmişə eşidiləcək. Yəni demək olmaz ki, yaxın günlərdə “sülh partiyasının” nümayəndələri üstünlük təşkil edəcəklər.

Bu heç də belə deyil. Ermənistan cəmiyyətində həmişə qisas almaq istəyi olacaq. Biz bunu bilməliyik. Ona görə də başımızın altına yastıq qoymamalıyıq. Amma zaman keçdikcə reallıq öz sözünü deyəcək və “sülh partiyasının” platfoması üçün zəmin yaranacaq.

Amma yenə də təkrarlayıram ki, bu revanşizm Ermənistan ideologiyasının tərkib hissəsidir.

Nə qədər ki, bu ölkənin paytaxtının mərkəzində Nijde kimi yaramazların heykəli qoyulur, nə qədər ki, bunlar Monte Melkolyan, Zori Balayan kimi şəxsiyyətsiz və canilərin ideologiyasını rəhbər tutacaqlar, bu millət düzələn deyil. Ermənilər düzəlmək üçün bu ideologiyadan əl çəkməlidirlər. Nə qədər ki, ermənilər Ağrı dağına “Ararat” deyir, onlar düzəlməz”.

Alət çubuğuna keç