Ermənilər Xankəndidə məktəb binasını minalayıbmış – Rusiya MN

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı sosial əhəmiyyətli obyektlərin minalardan təmizlənməsi üzərində işi davam etdirir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mütəxəssislər elektrik enerjisi, istilik təchizatı, habelə lazımi məktəb infrastrukturu və ləvazimatların təhlükəsiz çatdırılması istiqamətində iş aparır.

Bu çərçivədə Xankəndidə 1 məktəb binası partlayıcı və minalardan təmizlənib.

Mühəndis bölmələri, ümumilikdə, Dağlıq Qarabağda 34 hektardan çox ərazini, 12 kilometrə yaxın yolu təmizləyib, 110-dan çox evi və sosial obyekti yoxlayıb, 1077 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.

Zümrüd

Alət çubuğuna keç