Ermənilər Qarabağda revanşa hazırlaşır? – Nazaryan İFŞA ETDİ

Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan “ərazilərin geri qaytarılmasına”, yəni hərbi revanşa çağranları “ziyanlı və reqressiv” adlandırıb.

Virtualaz.org xəbər verir ki, Nazaryan revanş çağırışlarına qarşı olduğunu bildirib və deyib:

L.Nazaryan əlavə edib ki, Ermənistanın bütün qonşuları ilə “uzunmüddətli və ya hətta daimi sülhün təmin edilməsinə” can atmaq lazımdır. “Region sonda nəhayət insani sifətə malik olmalıdır”,-Nazaryan deyib.

Vitse-spiker müxalifətin “müharibəni uduzan lider danışıqlar apara bilməz” tezisinə də münasibət bildirib. Deyib ki, Nikol Paşinyan işlərin real vəziyyətini indi hamıdan yaxşı təsəvvür edir və o, “yerdədir”, başqaları kimi buludlarda süzmür./virtualaz.org

 

Alət çubuğuna keç