“Ermənilər çox dağıdıcı silahlardan Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub” – BEYNƏLXALQ HESABAT

“Human Right Watch” təşkilatı Qarabağ döyüşləri ilə bağlı hesabat hazırlayıb.

KONKRET.az xəbər verir ki, hesabatda Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması faktları təsdiq olunub. Yerində aparılan araşdırmalar zamanı 11 ayrı-ayrı insident zamanı Ermənistan tərəfi ballistik raketlərdən, artilleriya raketlərindən və iri çaplı mərmilərdən yaşayış məntəqələrini atəşə tutması sənədləşdirilib.

“Ermənistan çox dağıdıcı və qeyri-dəqiq silahlardan Azərbaycanın şəhər, qəsəbə və kəndlərini atəşə tutub”-deyə Human Right Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson açıqlama verib.

Ötən müddət ərzində hücumların şahidi olan 53 şəxsdən müsahibə alınıb. Hücumların qeydə alındığı Gəncə, Ağdam, Bərdə, Füzuli, Tərtər, Goranboy, Naftalan və s. ərazilərin peyk görüntüləri də tədqiq olunub.

Alət çubuğuna keç