Erməni mütəxəssis Paşinyanın planlarını İFŞA ETDİ: o, hər kəsi necə aldadıb?

Ermənistanın nazirlər kabinetindəki dəyişikliklər kosmetikdir.

Bu sözləri erməni siyasi strateq Viqen Akobyan deyib.

V.Akobyana görə, xalqı yeni heyətin daha yaxşı işləyəcəyinə inandırmaq mümkün deyil: “Hakimiyyətin Ermənistanın iqtisadi, ictimai-siyasi və digər sahələrdə vəd etdiyi islahatlar böyük ehtimalla hökumətdəki mövcud kadr dəyişiklikləri ilə məhdudlaşacaq. Bu vədlər “kasıblar üçün danışıq”dır. Kadr dəyişikliyinə gəlincə, onların bir məqsədi var – Qarabağdakı məğlubiyyətdən sonra narazıların səsini boğmaq”.

Strateq bildirib ki, erməni səlahiyyətlilər indi ictimai rəyi dinlədiklərini və radikal addımlar atdıqlarını göstərmək istəyirlər: “Ancaq bu kimi hallarda hər şey ayrı-ayrı məmurların istefası ilə əlaqədardır. Prezident və ya vitse-prezident, ümumiyyətlə, belə vəziyyətlərdə baş naziri istefaya göndərir. Ermənistan parlament sisteminə malikdir və buna görə Nikol Paşinyanın indi getməsini gözləməyə dəyməz”.

Verelq News | Проигравший войну Пашинян не может быть лидером Армении – Виген  Акопян

Nazirlərin silsilə istefası barədə danışan V.Akobyan qeyd edib ki, bu və ya digər naziri əvəzləyən kadrların ona həvalə edilmiş sahəni daha yaxşı başa düşməyinin, daha peşəkarlıqla işləyəcəyinin zəmanəti yoxdur.

 

Akobyan müxalifəti narazı kütləni küçələrə çıxarmağa çağırıb: “Müxalifət cəmiyyətin Nikol Paşinyanı dəstəkləyən hissəsini öz tərəfinə çəkməyə çalışmamalıdır. Mövcud vəziyyətdən və baş nazirin hərəkətlərindən narazı olan, lakin mətbəxdə oturub böyük siyasət barədə danışmağa üstünlük verən seqmenti küçələrə çıxarmalıdır”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdakı 6 ay ərzində ölkənin həyatının bütün sahələrini əhatə edəcək genişmiqyaslı islahatlar proqramına başlayacağını – Qarabağla bağlı danışıqlar prosesinin bərpasından və hərbi qulluqçuların sosial təminatından seçki sistemində islahatların aparılmasına və siyasi partiyalar haqqında qanunun qəbuluna qədər dəyişikliklər olacağını vəd edib.

Bunun ardınca bir sıra nazir istefa verib: xarici işlər, fövqəladə hallar, sosial inkişaf, müdafiə, iqtisadiyyat, təhsil, elm, mədəniyyət və idman nazirləri vəzifələrindən azad edilib.

Xatırladaq ki, artıq ikinci həftədir Ermənistanda hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətini rəsmiləşdirən üçtərəfli atəşkəs elanından sonra hakimiyyət milli maraqlara xəyanət etməkdə günahlandırılır.

Zümrüd

Alət çubuğuna keç