Erməni lobbisinin diasporumuza qarşı postmüharibə planları

İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənəstan üzərində həm hərbi, həm siyasi, həm də psixoloji qələbə qazandı. Bununla Azərbaycan, eyni zamanda erməni mifini yox etdi. Lakin bütün bunlara baxmayaraq, Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə davam edirlər. İstər 44 günlük müharibə dövründə, istərsə də müharibədən sonra bu fəaliyyət daha da aktivləşib. Noyabrın 10-da Ermənistan rəhbərinin təslimçilik bəyanatını imzalaması dünya ermənilərini şok edib. ANCA erməni lobbisini məğlubiyyətin yaratdığı psixoloji gərginlikdən çıxarmaq üçün sanki revanşa başlayıb. Hazırda ANCA-nın əsas şüarı budur: “İndi hərəkət edin: ABŞ-dan Türkiyə və Azərbaycana qarşı dərhal sanksiyaları tələb edin”.
ANCA müharibə zamanı, ümumiyyətlə hər zaman, əsasən ABŞ-ın siyasi elitası ilə işləyib və onlar vasitəsilə də Azərbaycan və Türkiyəyə təzyiq göstərilməsinə çalışıb. Təkcə bir vaktı deməyə kifayət edər ki, müharibə zamanı ABŞ-ın 100-dən çox senatoru və koqnresmeni ABŞ-ı Ankara və Bakıya yardımı dayandırmağa, sanksiya verməyə çağırış ediblər.
Bu gün dünya ermənilərinin, eləcə də ermənipərəst qüvvələrin ANCA-ya Ermənistandan daha çox inam və etimadı var. Dünyada ANCA, hətta ermənilərin “lobbiçlik dövləti” hesab olunur. Buna görə bu separatçı qurumun fəaliyyəti daimi nəzarətdə olmalı və onun planlarına qarşı cavab tədbirləri görülməlidir.
Vacib xəbərdarlıq: ANCA-nın postmüharibə planı olaraq erməni lobbisi müxtəlif ölkələrdə Azərbaycan diaspor üzvlərinə də fərqli yollarla təzyiq edir və ya etdirirlər. Məsələn, çox təəssüf ki, adı demokratik cəmiyyət olsa da İsveç Kralllığında soydaşlarımıza qarşı təziqlər başlayıb. İsveçin Partille şəhər bələdiyyə məclisi üzvü, Mərkəz (Centerpartiet) partiyasının üzvü, diaspor nümayəndəsi Turan Əliyevi ermənilər azərbaycanlıları İsveç mediasında qatı millətçi kimi qələmə veriblər. Ermənilər Turan Əliyevin Azərbaycanın qələbəsi ilə bağlı tədbirdə iştirak ediyinə görə partiyaya şikayət ediblər. Bundan sonra həmyerlimizə partiya rəhbərliyi tərəfindən töhmət verilib. Bu kimi hal Norveçdəki CAN təşkilatının sədri Şervin Nəcəfpura qarşıda olub. Ermənilər ona qarşı sosial mediada qarayaxma kampaniyası aparıb və təmsil olunduğu Mühafizəkarlar Partiyasına şikayət ediblər. Hətta onu ölümlə də təhdid ediblər. Göründüyü ki, eyni ssenari ilə xaricdəki soydaşlarımıza qarşı ermənilər qarayaxmaqda davam edir. Belə təzyiqlər türk diaspor üzvlərinə də edilməkdədir. Bütün bunlar da bir daha göstərir ki, ermənilər diaspor üzvlərimzin fəaliyyətinə yeni metodalarla maneə törədirlər və bir çox halda onların həyatı təhlükədədir. Aidiyyəti qurumlara məlumat verilməli, xaricdəki soydaşlarımıza dəstək planları hazırlanmalıdır.
Alət çubuğuna keç