Elnur Məmmədlinin bacısı oğlu Azərbaycana ilk medalı qazandırdı

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan ilk medalını qazanıb. 

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov bürünc medal üçün görüşə Rusiyanı təmsil edən Konstantin Simeonidisə qarşı çıxmalı idi. 

Lakin yunan əsilli rəqibinin zədələnməsi səbəbindən görüş baş tutmayıb və K.Hüseynov bürünc medala sahib çıxıb.  

Qeyd edək ki, Kəramət Hüseynov Olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğludur.

Səbuhi Musayev