DÜNYANIN. (yeni yazdığım) Vəziri uduzub,şahı mat düşüb,

Vəziri uduzub,şahı mat düşüb,
Bilinmir gedişi,yolu dünyanın.
Çaşqınlıq içində gözləyir hamı,
Bəlli deyil sağı, solu dünyanın.
Cahan gözdən düşüb Haqq nəzərində,
Əyri tüğyan edir düz bazarında,
Əlacı tapılmır dərd,azarın da,
Üzülüb hər yerdən əli dünyanın.
Nədir çəkdiyimiz bu bəla belə?
İnsanlıq adına qurulur tələ,
Yaradan betərin saxlasın hələ,
İndidən bükülüb beli dünyanın.
Zaman da atını çapır dörd nala,
Çıxacaq oyundan kim dala qala,
Belə bir sürətlə gedirik hara?
Aya çevrilibdir ili dünyanın.
Çox gördük dünyada xas ilanları,
Tülkü quyruğundan asılanları,
Haqqın oyununda pas olanları,
Qorumadı varı,ləli dünyanın.
Minirə,nə darıx,nədə ki,darıl
Dar gündə həmişə Allaha sarıl.
Ən yaxşı olanın O özü bilir.
Gəl olma əsiri ,qulu dünyanın.
Alət çubuğuna keç