Dünya bu aləti axtarır: Daşıyır, açıb-bağlayır… – VİDEO

Pandemiya səbəbindən turizm biznesi iflasa uğrayan türkiyəli iş adamı Gökhan Kocakuş alternativ fəaliyyət sahələrinə üz tutub.

“Haber 7″xəbər verir ki, o, uzun sürən araşdırmalardan sonra koronavirusun yoluxma riskini nəzərə alaraq gündəlik təmasları azaldan alət ixtira edib.

“Korona kancası” adını verdiyi açara bənzəyən alət üçün qeydiyyat şəhadətnaməsini alıb və istehsala başlayıb.

 

Bu avadanlıqla bir çox nəsnələrə toxunmaq, daşımaq və açıb-bağlamaq mümkündür.

İxtiraçının sözlərinə görə məhsulunu 7 ölkəyə satmağa müvəffəq olub. Hazırda ABŞ və İngiltərə ilə danışıqları davam etdirir. Hədəfi ixracı bir milyona çatdırmaqdır.

Alət çubuğuna keç