DİA.AZ xəbər verir ki, Valeh Abbasov aidiyyatı üzrə, qeydiyyatda olduğu Goranboy rayon Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Orada araşdırılma aparılıb və məlum olub ki, onun pensiyası səhvən problemli pensiya alanların siyahısına düşüb.
Bununla bağlı, sözügedən qurum Dövlət Sosial Müdafiə Fonduna iki dəfə məktub ünvanlayıb və Valeh Abbasovun pensiyasının kəsilmiş məbləğinin verilməsini tələb edib. Valeh Abbasov özü də rəsmi qaydada müraciət edib, ancaq bu günə qədər heç bir nəticəsi olmayıb. Artıq 4-cü aydır ki, o, pensiyasını tam ala bilmir.