DFJD azərbaycançılıq ideyasının təbliğ olunması ilə bağlı layihəsini başa çatdırıb

Jurnalistlərin Dəstəyi İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsini başa çatdırıb.

İyul-noyabr aylarında həyata keçirilən layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə vermək idi. Layihənin məqsədinə uyğun olaraq, aşağıdakı vəzifələr reallaşdırılıb: “Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin keyfiyyətcə təkmilləşdirilməsinə, soydaşlarımız arasında azərbaycançılığı təbliğ etməklə milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edilib. Həmçinin diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyi artırılılıb, xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların ictimai-siyasi fəallığının gücləndirilməsinə çalışılıb”. Layihə çərçivəsində azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyi üçün ideoloji bünövrə olması, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında aktivliyi, onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği mövzusunda yazılar hazırlanıb. Həmin yazılarda, müsahibələrdə və açıqlamalarda azərbaycançılığın dünya azərbaycanlılarının milli birliyinin təminatında rolu ictimailəşdirilib. Bu ideologiyanın hər bir azərbaycanlının vahid çətir altında birləşdirilməsi ideyasının uğurları təhlil olunub. Layihə çərçivəsində hazırlanan yazılar əsasında “Azərbaycançılıq ideyası – dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub. Bu kitab 5 qitədəki soydaşlarımıza göndərilib. Həmçinin kitab Azərbaycandakı aidiyyəti qurumlara və kitabxanalara paylanılıb.

Alət çubuğuna keç