Dekabrın 1-dən Gorus-Qafan yolunun bir neçə hissəsi Azərbaycan ərazisindən keçəcək

“Dekabrın 1-dən Gorus-Qafan yolunun bir neçə hissəsi Azərbaycan ərazisindən keçəcək (qırmızı ilə qeyd etmişəm). Qalanı isə Azərbaycan və Ermənistan sərhədindən”.
Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Aren Apikyan öz “Facebook” səhifəsində yazıb.

“Hörmətli qafanlılar, kacaranlılar, meğrililər, siz xəbərdarsınızmı ki, 3 gündən sonra Ermənistanın qalan ərazisindən məhrum ola bilərsiniz?

Səlahiyyətlilərdən açıqlama tələb etmək istəmirsiniz?”, – deyə o qeyd edib.

Alpər Mövludoğlu

 

 

Alət çubuğuna keç