Cızma qaralar kitabının beşinci nəşri işıq üzü gördü

Bu gün sevimli kinoaktyorumuz, telerejissor, Azərbaycanın Xalq artisti, “Şöhrət ” ordenli , professor, “Qızıl qələm” media mükafatçisı , yazıçi, şair – qəzəlxan , rəssam, mügənni , uzun illər məclislərimizin masabəyisi , xeyriyyəçi , vətənini, dövlətini , xalqını canindan çox istəyən görkəmli sənətkarımiz Ramiz Hacıaga oglu Əzizbəylinin “Cızma Qaralar” kitabının beşinci dəfə təkrar nəşri işiq üzü görmüşdür .
Ekoprint nəşriyyatında çap olunmuş kitabın bədii redaktoru və korrektoru olaraq çox qürür hissi keçirdim.
Kitabda Ramiz Əzizbəylinin vətənpərvər mövzulu şeirləri ilə yanaşı, xeyli sayda aforizmləri, deyimləri, hekayələri, qəzəlləri və ithaf şeirləri də cəmlənmişdir .
Kitabın ərsəyə gəlməsində Ekoprint mətbəəsinin müdiri Ceyhun Əliyevin, operatorlar Sevda Əlizadənin, Tərlan Quliyevanin, təcrübəli dizaynerlər İradə Məlikovanin,, Ramiz Hümbətovun xidmətləri təqdirəlayiqdir.
Ramiz Əzizbəyli öz şəxsi vəsaiti hesabına çap etdirdiyi kitabını onu tanıyan insanlara hədiyyə edir və bir müddətdən sonra mənə zəng edərək deyir : -” İlyasoglu !
Bu kitabdan özümdə qalmayıbdir. Hamısını dostlara hədiyyə etmişəm. Sabah gəl bizə, pensiyamı almışam. 100 ədəd də çap etdirmək lazımdir ”
Baş üstə deyib öz – özümə fikirləşirəm ki, görəsən imkanlı insanlarımız nə vaxt deyəcəklər ki , Sənətkarın kitablarının heç olmasa birini 1000 tirajla çap etdirmək xərci mənim boynuma.
Amma onu da qeyd edim ki məmur balaları var ki, bir milyon manata ayı kəsdirir.
Mügənnilərimiz var ki, ayda itinə, pişiyinə mənim beş illik təqaudum qədər pul xərcləyir , heç uf da demir .
Lakin qururlu sənətkarımız hec kəsə agız açmadan kitablarını pensiyası hesabına , halal puluyla çap etdirməyi üstün tutur .
Onu da qeyd edim ki, Ramiz Əzizbəylinin şeirləri başdan ayaga fəlsəfi fikirlərlə zəngindir .
Ramiz Əzizbəyli çox özündən deyən şairlərə dərs deyən və lazim gələndə dizini yazilari ilə qatlayan görkəmli şairlərimizin sirasında inamla addımlayan sevimli sənətkarlarımizdandir .
Qələm dostumuza can saglıgi və tezliklə sagalıb səhnəyə qayitmasını arzulayırıq .

Rauf İlyasoglu

Alət çubuğuna keç