BÜTÜN DÜNYADA DOST VƏ DÜŞMƏN DƏ BİLIR KI, AZƏRBAYCAN QISA BİR ZAMANDA ÖZ TORPAQLARINI İŞĞALDAN AZAD EDƏCƏKDIR!

Son günlərdə bəzi internet sayıtlarında və YouTube səfələrində rəsmi dövlət orqanları tərəfidən dəqiqləşdirilməmiş, (guya azərbaycanda umumi səgərbərlik elan edilmiş və ehtiyata buraxılmış hərbiçilər orduya yenidən geri çağırılır kimi) yanlış informasiya yayaraq əhali arasında informasiya çaşqınlığı yaradıllar.

Mən bir ehtiyatda olan keçmiş hərbiçi və müharibə veteranı özümə borc bilərək son günlərdəki yayılmış yanlış məlumatlara aydınlıq gətirərək bildirirəm ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Bundan əlavə isə, Azərbaycan Respublikasının Prezident və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını yüksəltməsini təmin etmək məqsədi ilə təsdiq etddiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun həm xarici ölkələrin ordu birləşmələri ilə və Azərbaycan ordusundan ehtiyata buraxılmış hərbiçilərini növbəli şəkildə hərbi təlimlərə səfərbər edərək, onların döyüş hazılığları artırılır.

Bu proqramın növbəti tərkib hissəsi olaraq son günlərdədə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.

Hər bir Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən, Vətənim Azərbaycana və onun xalqına sadiq olaraq, ,Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyaraq, hərb işini vicdanla öyrənərək, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirərək, hər an əlnə silah götürərək Vətənin müdafiəsinə qalxmasına hazır olmalıdır.

Elə bu məqsədlədə, Azərbaycan Ordu rəhbərliyi tərəfindən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyəti gücləndirilir.

Fərəhlə qeyd etmək lazəmdır ki, sSon illər, Azərbaycan Ordusu peşəkar orduya keçid dövründə böyük addımlar atılıb: “Ümumilikdə Azərbaycan Silahlı Qüvvələri bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Artıq Azərbaycan Silahlı Qüvələrininin əsgər və zabit heyəti beynəlxalq sülhməramlı missiyalarda yaxından iştirak edir. Son illər ərzində Əfqanıstana və İraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını daim uca edib, hərbi hazırlığımızın yüksək səviyəsini göstərib.

Xususi ilə qeyd edirəm ki, son günlərdə, avqust və sentiyanr aylarında, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilmişdir.

Azərbaycan-Türkiyə arasında möhkəm qardaşlıq əlaqələri uzun tarixə söykənir: “Bunun Azərbaycan və Türkiyə xalqları və dövlətləri üçün çox böyük siyasi və hərbi əhəmiyyəti var və iki qardaş xalqlar tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları – 2020” (BOO – 2020) yarışının son günündə təkil olunmuş “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının göstərdikləri yüksək səviyəli məharətləri digər Rusiya, Çin və Belarus dövlətlərin komandalarlını heyran edərək onların marağına səbəb oldu.

Bu gün erməni dığaları və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil. Onun iqtisadiyyatı, hərbi potensiyalı və qüdrəti durmadan günü-gündən güclənməkdədir. Artıq Azərbaycan Ordusu da 1991-1993-cü ilələki ordu deyil. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşmış Qafqazın ən qüdrətli ordusudur.

Bu gün, Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır.

Buna görədə hazırda region ölkələr içərisində ölkəmizin iqtisadi və hərbi qüdrətinin ilbəil artmasından düşmənimiz Ermənistan həddsiz dərəcədə narahatdır.

Məhz buna görədə, Ermənistan dövləti tərəfəfindən son günlərdə rəsmi səfərbərlik edilərək orduya qarşılıqlı pul və müxtəlif həvəsləndirici yollarla muzlu qeyri peşəkar hərbiçilər cəlb edilir. Çünki ermənistanda əhali öz övladlarını orduya yazılaraq onların özgə dövlətin torpağında ölmələrini istəmirlər.

Buna görədə ermanistan ordusunda hərbiçilərin çatışmamazlığı problemilə üzləşən ermənistan dövləti başqa xarici ölkə vətəndaşlarını orduya pulla muzu hərbi xidmətə cəlb edir. Ermənistan dövlətinin isə bunu davamlı həyata keçirməsinə nə iqtisadi nədəki maddi güçü çatmayacaqdır.

Amma, Ermənistandan fərqli olaraq, Azərbaycanda isə bu gün hər bir Azərbaycan əskəri Azərbaycanın Milli Qəhramanları Sərkərdə general Polad Həşimov, Mübariz İbrahimov, Murad Mirzəyev və başqa qəhraman oğullarımız kimi fədakarlıq göstərərək, Qarabağ uğrunda döyüşməyə hazırdırlar. Azərbacan xalqının Vətənimizin müdafiyəsi üçün heç bir muzlu döyüşçüyə ehtiyacı yoxdur.

Çünki, 1991-1993-cü ilələrdə Qarabağ savaşında Azərbaycan ordusunda 10 minə yaxın keçmiş gənc Əfqanıstan müharibəsi və az saylı hərbiçi mütəxəsislər döyüşürdüsə indi bunların sayı 100 minlərlədir.

Biz ehtiyatda olan, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı kimi Azərbaycan milli ordusunun yaranmasnda yaxından iştirak etmişik. Sovet istehsalı olan bütün silahlardan və texnikalardan mükəmməl istifadə etməyi bacarırıq.və Vətənimizin keşiyində dürmağa və tortağlarımızı işğal etmiş düşmənlərimizi öldürməyə hazırıq.

Biz, еhtiyatda olan Azərbaycan Silahlı Qüvələrinin veteranları, Əfqanıstan, Qarabağda döyülərdə iştirak etmiş müharibə veteranları və hərbiçiləri, Ali Baş Komandanına müraciət edərək, yenidən orduya səfərbər olaraq, ordumuzla həmrək olaraq əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad edərək şəhidlərimizin və dədə babalarımızın ruhlarını şad etmək istəyirik.

Bu gün Azərbaycanın güclü ordusu və iqtisadiyyatı var. Ən əsası da ölkəmizdə vətəndaş həmrəyliyi var. Bunlar hamısı sevindirici haldır. Bütün dünyada dost və düşmən də bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını işğaldan azad edəcəkdir!

İnşallah, Azərbaycan xalqının iradəsi ilə, Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyata başlayarsınızsa, onda biz, Azərbaycanın yadelli işğalçılar tərəfindən işğal olunmuş torpaqlarımızı azad edərək, Azərbaycanın ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcəyik.

SƏRRAF ORUCOV,Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun Prezdenti,Əfqanıstan, Qarabağ mühabələrinin veteranı və ehtiyatda olan zabit.

Alət çubuğuna keç