“Bu, sadəcə parad deyil, bir millətin yenidən doğulmasıdır” – Rusiyalı politoloq

“Azərbaycan bu gün sevinir və qələbəni qeyd edir”.

Cebhe.info xəbər verir ki, bu sözləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Moskva vaxtı ilə saat 11:00-də Vətən müharibəsində qazanılan uğurla bağlı olaraq Zəfər Paradı keçirilib.

Ağır döyüşlərdə Dağlıq Qarabağ ərazisinin üçdə birini azad edən Azərbaycan ordusu, digər hissəsinə barışıq müqaviləsi ilə geri qazandı. Bu qoşunlar Bakı küçələri boyunca yürüş ediblər.

Bu, sadəcə bir Zəfər Paradı deyil, bir millətin yenidən doğulmasıdır”,-deyə o qeyd edib.

Alət çubuğuna keç