Bu bitki insanı çoxsaylı xəstəliklərdən QORUYUR – FOT

Güclü antioksidantlarla zəngin olan qara zirənin toxumları orqanizmi bir sıra xəstəliklərdən qoruyur. Mütəxəssislər onu müxtəlif yeməklərə əlavə etməyi məsləhət görürlər.

Tibbi saytlara istinad edərək qara zirənin faydalı xassələri barədə aşağıdakıları nəzərinizə çatdırır.

Qara zirə xolesterinin yüksək səviyyəsini aşağı salır. Klinik sınaqlar göstərir ki, qara zirə toxumları damarları bağlayan və infarkt riskini artıran aşağı sıxlıqlı lipoproteinlərdəki zəif xolesterinin səviyyəsini azalda bilir. Qara zirədən müntəzəm qaydada istifadə edilməsi ürəyin uzunmüddətli sağlamlığını təmin edir.

Qara zirə toxumları antibakterial təsir göstərir, zərərli bakteriyaları məhv edir. Bundan əlavə, onun toxumları bütün zərərli mikroblara, o cümlədən, bakteriyalara, viruslara, göbələklərə, parazitlərə qarşı effektli təsir gücünə malikdir. Soyuqdəyməni aradan qaldırır. Qara zirə toxumlarının tərkibi güclü antioksidant maddələrlə zəngin olduğuna görə, onu soyuqdəymənin qarşısını almaqda istifadə edirlər.

Qaraciyər üçün də faydalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, qara zirə qaraciyəri iltihabdan qoruya bilir. Bunun qarşısı vaxtında alınmadıqda isə bu, orqanizmdə ciddi fəsadlar törədə bilər.

Qara zirə şəkəri yüksək səviyyəyə qalxmadan qoruyur. Mütəxəssislər qara zirənin qanda şəkərin səviyyəsini aşağı saldığını söyləyir. Bununla yanaşı, qanda şəkərin səviyyəsinin normal qaydada saxlanması üçün qara zirənin müvafiq xassələrə malik olması vurğulanır. Həkimlərin fikrincə, şəkərli diabet xəstələri bu bitki məhsulundan daha çox istifadə etməlidirlər.

Qara zirənin daha bir faydalı xüsusiyyəti, onun orqanizmi mədə xorasından qoruya bilməsidir. Belə ki, qara zirə toxumları həzm sistemi ilə bağlı bir çox mümkün riskləri azaldır, bağırsaqların vəziyyətini yaxşılaşdırır və mədədə iltihablı proseslərin müalicə olunmasında və onların qarşısının alınmasında kömək edir.

Alət çubuğuna keç