Braziliya klublarına mövsümdə bir dəfədən artıq məşqçi dəyişmək qadağan olundu


Braziliyanın futbol klublarına mövsümdə yalnız bir dəfə baş məşqçini dəyişmək icazəsi verilib.

Bu barədə “Record.pt” portalı məlumat yayıb.

Qərara əsasən, mövsüm ərzində bir məşqçi yalnız iki komandanı çalışdıra bilər. Əgər klub mövsüm ərzində ikinci dəfə baş məşqçisini qovarsa, onun yerini yalnız hazırda komandada çalışan mütəxəssis tuta bilər.

Məlumatda bildirilib ki, təklif Braziliya Futbol Federasiyasının prezidenti tərəfindən irəli sürülüb və 11 səs lehinə, 9 səs əleyhinə olmaqla qəbul edilib.

Qeyd edək ki, təklif öncəki illərdə də səsverməyə çıxarılıb, lakin rədd olunub.