“BİZ SAXTA ÇƏKİLİŞLƏR PAYLAŞARAQ XALQI ALDADIRDIQ” – Arutyunyandan yeni etiraflar

Qondarma Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan etiraf dolu açıqlama verib.

Musavat.com Rusiyaya bağlı “ru.armeniasputnik.am” saytına istinadən xəbər verir ki, Araik aşağıdakıları bildirib:

“Torpaqları kim satdı? Biz xalq olaraq bunu bir yerdə etdik, 18-20 yaşlı uşaqlarımızı satdıq. Biz bir yerdə satdıq”.

Dağlıq Qarabağı tərk etmiş ermənilərə müraciət edən Araik Arutunyan deyib ki, onlar İrəvanda keçirilən etiraz aksiyalarına qoşulmasınlar:

”Siyasi intriqalara qoşulmayın, geriyə qayıdın. Biz düşmən qarşısında birliyimizi nümayiş etdirməliyik”.

O, vurğulayıb ki, ermənilərə müharibədə qələbə çalmaq üçün 80-100 min nəfər döyüşçü lazım imiş. Ancaq onlar bu qədər döyüşçü toplaya bilməyiblər.

Alət çubuğuna keç