Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. O bildirib ki, bu həm xalqa, həm də turistlərə xidmət üçün daha məqbul variantdır: “Bakının mərkəzindən Naxçıvana qədər olan məsafə 581 km-dir. Əgər Daşburun, Horadiz, Mahmudlu, Akara və Mincivanda dayanmaqla sürət qatarı ilə Naxçıvana 3 saata, Bakıdan Ağdama isə birbaşa 1,5 saata gedə bilsək, həqiqətən də bundan yerli camaat və turistlər də razı qalar.
Bununla da xeyli xərcə qənaət edə və mövcud vəsaitlərdən rasional istifadə olunmaqla, gələcəkdə də rentabelli nəqliyyat infrastrukturu yarada bilərik. Bundan əlavə, gün ərzində sayca daha çox sərnişin qatarla və ucuz qiymətə Qarabağa və Naxçıvana səfər edə, eləcə də geriyə qayıda bilər”.